Nigeriyada qeyri qanuni silahlı birləşmələrin 18 üzvü zərərsizləşdirilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Qahirə, 14 mart, AZƏRTAC
Nigeriyanın müxtəlif bölgələrində keçirilən əməliyyatlar zamanı qeyri-qanuni silahlı birləşmələrin 18 üzvü zərərsizləşdirilib və 37 şübhəli saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nigeriya ordusunun bəyanatında qeyd olunur.
Vurğulanır ki, son 24 saat ərzində həyata keçirilən əməliyyatlar nəticəsində 18 terrorçu zərərsizləşdirilib, 37 şübhəli saxlanılıb, həmçinin çoxlu sayda silah və logistik avadanlıq ələ keçirilib. Bir neçə ştatı əhatə edən bu əməliyyatlar zamanı 9 nəfər girovluqdan azad edilib.
Nigeriya ölkənin qərb bölgələrində “əl-Qaidə” və “İŞİD” ilə əlaqəli terror qruplarının hücumlarından, eləcə də cənub-şərqdə “Boko Haram” və İŞİD qruplaşmalarının fəaliyyətindən əziyyət çəkir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 14 Mart 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















