Icma.az
close
up
RU
Nigeriyalı müəllifin “Mənim Qarabağa səfərim” kitabının təqdimatı olub

Nigeriyalı müəllifin “Mənim Qarabağa səfərim” kitabının təqdimatı olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) keçmiş əməkdaşı, nigeriyalı Nik Nvolisanın “Mənim Qarabağa səfərim” adlı kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru Mətbuat Şurasının sədri Rəşad Məcid kitab barədə danışaraq, nəşrin əhəmiyyətini və Qarabağ haqqında məlumatların xaricdə təbliği baxımından vacibliyini vurğulayıb.

Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Baş katibi Çingiz Abdullayev çıxışında yerli yazıçıların əsərlərinin ingilis, rus, fransız və digər dillərə tərcüməsinin vacibliyini vurğulayıb. O bildirib ki, tərcümələrin sayı artdıqca Azərbaycan həqiqətləri daha geniş auditoriyaya çatacaq.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdim olunan kitabın Qarabağın tarixini, xalqın çəkdiyi əzabları, 2020-ci ildən sonra başlayan dirçəliş və “Böyük Qayıdış” hekayəsini əks etdirdiyini vurğulayıb.

Azərbaycan Beynəlxalq Məktəbinin direktoru Angela Romney çıxışında deyib ki, kitab Azərbaycanın müxtəlif dövrlərdəki hadisələrini, Qarabağın tarix boyu keçdiyi çətinlikləri və xalqın mübarizəsini işıqlandırır. Əsər oxuculara Azərbaycan və Qarabağ barədə obyektiv məlumat təqdim edir, ölkəmizin zəngin mədəniyyəti və xalqımızın qonaqpərvərliyi barədə təsəvvür yaradır.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Səməd Seyidov, Ceyhun Məmmədov, Fazil Mustafa, Razi Nurullayev, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Cihangir İşbilir, əməkdar jurnalistlər Azər Həsrət və Elçin Alıoğlu tədbirin Azərbaycanın həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, həmçinin media nümayəndələri və yazıçılar iştirak ediblər.

Mərasimin sonunda qonaqların sualları cavablandırılıb, imza mərasimi keçirilib.

Qeyd edək ki, 20 ilə yaxındır Azərbaycanda yaşayan Nigeriya vətəndaşı Nik Nvolisa Xəzər Universiteti, Slavyan Universiteti və ADA Universiteti kimi nüfuzlu təhsil ocaqlarında təhsil alıb, eləcə də burada ailə həyatı qurub. Azərbaycana gəldikdən sonra 2007-ci ildə əmək fəaliyyətinə BAMF-da könüllü kimi başlayan və sonradan təşkilatın Proqram departamentinin rəhbəri vəzifəsinədək yüksələn Nik Nvolisanın bu kitabı onun ölkəmizdə sosial-humanitar və vətəndaş cəmiyyəti sahəsində göstərdiyi uzunmüddətli fəaliyyətinin, topladığı təcrübəsinin bədii və elmi inikasıdır. Əsərin maraqlı və vacib cəhətlərindən biri də onun XXI əsrdə Azərbaycana köç etmiş bir miqrantın baxış bucağından yazılmasıdır ki, bu da bölgənin sosial və iqtisadi mənzərəsinə yeni və fərqli bir yanaşma gətirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see347

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see244

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see198

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see149

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see134

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see125

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

13 Dekabr 2025 21:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri