Icma.az
close
up
RU
Nigeriyalı müəllifin “Mənim Qarabağa səfərim” kitabının təqdimatı olub

Nigeriyalı müəllifin “Mənim Qarabağa səfərim” kitabının təqdimatı olub

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın 30-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) keçmiş əməkdaşı, nigeriyalı Nik Nvolisanın “Mənim Qarabağa səfərim” adlı kitabının təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirin moderatoru Mətbuat Şurasının sədri Rəşad Məcid kitab barədə danışaraq, nəşrin əhəmiyyətini və Qarabağ haqqında məlumatların xaricdə təbliği baxımından vacibliyini vurğulayıb.

Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Baş katibi Çingiz Abdullayev çıxışında yerli yazıçıların əsərlərinin ingilis, rus, fransız və digər dillərə tərcüməsinin vacibliyini vurğulayıb. O bildirib ki, tərcümələrin sayı artdıqca Azərbaycan həqiqətləri daha geniş auditoriyaya çatacaq.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdim olunan kitabın Qarabağın tarixini, xalqın çəkdiyi əzabları, 2020-ci ildən sonra başlayan dirçəliş və “Böyük Qayıdış” hekayəsini əks etdirdiyini vurğulayıb.

Azərbaycan Beynəlxalq Məktəbinin direktoru Angela Romney çıxışında deyib ki, kitab Azərbaycanın müxtəlif dövrlərdəki hadisələrini, Qarabağın tarix boyu keçdiyi çətinlikləri və xalqın mübarizəsini işıqlandırır. Əsər oxuculara Azərbaycan və Qarabağ barədə obyektiv məlumat təqdim edir, ölkəmizin zəngin mədəniyyəti və xalqımızın qonaqpərvərliyi barədə təsəvvür yaradır.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Səməd Seyidov, Ceyhun Məmmədov, Fazil Mustafa, Razi Nurullayev, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Cihangir İşbilir, Əməkdar jurnalistlər Azər Həsrət və Elçin Alıoğlu tədbirin Azərbaycanın həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, həmçinin media nümayəndələri və yazıçılar iştirak ediblər.

Mərasimin sonunda qonaqların sualları cavablandırılıb, imza mərasimi keçirilib.

Qeyd edək ki, 20 ilə yaxındır Azərbaycanda yaşayan Nigeriya vətəndaşı Nik Nvolisa Xəzər Universiteti, Slavyan Universiteti və ADA Universiteti kimi nüfuzlu təhsil ocaqlarında təhsil alıb, eləcə də burada ailə həyatı qurub. Azərbaycana gəldikdən sonra 2007-ci ildə əmək fəaliyyətinə BAMF-də könüllü kimi başlayan və sonradan təşkilatın Proqram departamentinin rəhbəri vəzifəsinədək yüksələn Nik Nvolisanın bu kitabı onun ölkəmizdə sosial-humanitar və vətəndaş cəmiyyəti sahəsində göstərdiyi uzunmüddətli fəaliyyətinin, topladığı təcrübəsinin bədii və elmi inikasıdır. Əsərin maraqlı və vacib cəhətlərindən biri də onun XXI əsrdə Azərbaycana köç etmiş bir miqrantın baxış bucağından yazılmasıdır ki, bu da bölgənin sosial və iqtisadi mənzərəsinə yeni və fərqli bir yanaşma gətirir (AZƏRTAC).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri