Yazıçı Şərif Ağayarın “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olacaq
Icma.az bildirir, Apa.az portalına istinadən.
Dekabrın 8-i saat 19-da Azərbaycan Dövlət Mahnı Teatrında yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı və imza günü keçiriləcək.
APA xəbər verir ki, ustad aşıq-şair Aşıq Ələsgərlə bağlı esselərin toplandığı kitabın təqdimat mərasimi “Dədə Ələsgər Ocağı” ictimai Birliyinin hesabat konserti ilə birgə keçiriləcək.
Tədbirdə tanınmış söz və elm adamlarının çıxışı, aşıq, müğənni və musiqi qruplarının ifaları nəzərdə tutulub.
Xatırladaq ki, “Qanun” nəşriyyatında işıq üzü görən “Mənim tanıdığım Ələsgər” kitabında müəllif Aşıq Ələsgərin həyat və yaradıcılığı barədə öz fikir və qənaətlərini bölüşür. Şeirlərinə fərqli bucaqdan baxmağa çalışaraq, onu daha çox şair kimi xarakterizə edir. Buna görə klassik ədəbiyyatla, xüsusən Füzuli yaradıcılığı ilə orijinal analogiyalar aparır.
Qeyd edək ki, tədbirə giriş sərbəstdir.
Baxış sayı:40
Bu xəbər 05 Dekabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















