Icma.az
close
up
RU
Nikah şəhadətnaməsi müddətli verilə bilərmi? KONKRET

Nikah şəhadətnaməsi müddətli verilə bilərmi? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda nikah haqqında şədətnamənin müddətli olması təklif edilir. Bildirilir ki, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi kimi nikah haqqında şəhadətnamə də 10 illik verilsin, sənədin müddəti bitəndə uzatmaq üçün yenidən müraciət olunsun. Ölkəmizdə hazırda boşanmaların sayının artdığı əsas gətirilərək təklif edilir ki, hətta əmək müqaviləsi kimi beş ildən sonra nikah şəhadətnaməsi müddətsiz olsun.

KONKRET.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə isə pravda.az-a açıqlamasında deyib ki, bu, olduqca absurd təklifdir və heç bir halda qəbul edilməməlidir.

“Sürücülük, şəxsiyyət vəsiqəsi ilə bağlı müddət tətbiq edilə bilər. Qanunvericilikdə də belə nəzərdə tutulub. Amma nikah şəhadətnaməsinin müddətli verilməsi absurddur. Dünya praktikasında buna rast gəlməmişəm. Bəlkə də, hansısa ölkədə belə bir praktika var, amma bizdə olmamalıdır. Sadəcə, bunun tərəfdarıyam ki, nikah bağlanan zaman eyni zamanda tərəflər arasında müqavilə də bağlanmalıdır. Gələcək münasibətlər həmin müqavilə ilə tənzimlənə bilər. Müqavilədə bir çox məsələlər nəzərə alınmalıdır. Ailənin dayanıqlığı, boşanma olacaqsa, aradakı münasibətlər hansı şərtlərlə çözüləcək, hansı formada qaydasına qoyulacaq – bütün bunlar müqavilədə öz əksini tapmalıdır. Eyni zamanda qanunvericiliyə müvafiq olaraq müəyyən analizlər verilməlidir. Həkim müayinəsi olmalı, sağlamlıq, uyğunluq məsələləri müəyyənləşdirilməlidir. Nikah şəhadətnaməsinin müddətli verilməsi isə heç bir çərçivəyə sığmır. Heç bir halda qəbul edilə biləcək təklif deyil. Sadəcə, ailə institutunu möhkəmləndirmək üçün ciddi addımlar atmalı, genefondumuzun dağılmaması, dayanıqlı olması üçün maarifləndirmə işləri aparmalıyıq. Digər lazımi məsələlərə də xüsusi diqqət yetirilməlidir ki, boşanmaların sayı belə kritik həddə gəlib çatmasın”, – deputat bildirib.

A.Əlizadə vurğulayıb ki, nikah bağlanırsa, ailə dəyərləri, xüsusilə, Azərbaycanın mental dəyərləri nəzərə alınmalıdır: “Təəssüf ki, son illər boşanmaların sayı kəskin surətdə artıb. Görünür, cəmiyyətdə milli dəyərlərin təbliği məsələlərində hansısa yanlışlıqlara yol vermişik. Əslində, bilinir ki, hansı yanlışlıqlar var. Bir çox televiziya kanallarında yayımlanan bayağı verilişlər bu prosesə rəvac verib. Eyni zamanda cəmiyyətdə də bir çox dəyərlər itib. Görünür, buna görə belə acınacaqlı vəziyyət yaranıb. İstənilən halda bu problemin aradan qaldırılması istiqamətində addımlar atılmalı, maarifləndirmə işləri aparılmalıdır. Ailə quracaq gənclərin əvvəlcədən hazırlıqlı olmaları, ailənin məsuliyyətini götürmək bacarığını öz üzərində aşılanmaları və s. – bütün bunlar nəzərə alınmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:431
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Sentyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri