Icma.az
close
up
RU
Nikaha daxil olanlar narkomaniya testindən keçirilsin

Nikaha daxil olanlar narkomaniya testindən keçirilsin

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


İqbal Səfərov

Qazi

Qardaş Türkiyədə maraqlı həm də maraqlı olduğu qədər düşündürücü bir hadisə baş verib. Qız tərəfi elçiliyə gələn oğlan tərəfindən narkotest tələb edib.

Elçilik deyəndə illərdir dəyişməyən suallar var:

oğlanın ali təhsili varmı, harada işləyir, evi varmı, qazancı nə qədərdir.

Bəzən bunlar açıq soruşulmasa da amma mütləq altdan-altdan öyrənilir.

Türkiyədə baş verən bu hal isə açığı, çoxumuz üçün yeni, bəlkə də ilk baxışdan qəribə görünən bir yanaşmadır. Amma bir az düşünəndə anlayırsan ki, əslində bu, siyahıya sonradan əlavə edilən yox, ilk sırada olmalı olan bir məsələdir.

Nə qədər zəhmətlə #övlad böyüdürsən, ümidlərlə gəlin köçürürsən… Sonra bir gün acı həqiqət üzə çıxır: oğlan narkomandır. ( və ya qız )

O an təkcə bir ailənin yox, iki nəslin taleyi zədələnir.

Çünki narkomaniya təkcə bir vərdiş deyil, bir uçurumdur.

Arxasınca əxlaqsızlıq gətirir, oğurluq gətirir, qumar gətirir, yalan gətirir…

Bir sözlə, bütün çirkinliklər bu bəlanın kölgəsində rahatca boy atır.

Düşünürəm ki, eyni yanaşma bizim ölkədə də olsa, hətta bu məsələ #qanun səviyyəsində qaldırılarsa, cəmiyyət üçün son dərəcə faydalı olar.

Bu baxımdan üzümü Milli Məclisdə çalışan dostlarıma və ümumiyyətlə bütün millət vəkillərimizə tutub dostcasına bir təklif səsləndirmək istəyirəm:

Bəlkə bu haqda düşünək, müzakirə edək? Cəmiyyət olaraq açıq danışaq, qorxmadan, utanmadan bu mövzunu masaya qoyaq.

Gəlin ailə institutunu formal qaydalarla yox, real təhlükələrdən qoruyan mexanizmlər yaradaq.

Nikahdan öncə tibbi arayışlar necə tələb olunursa, asılılıqla bağlı yoxlamalar da niyə bu sistemin bir hissəsi olmasın?

Bu, nə kiminsə şəxsi həyatına müdaxilədir,nə də kimisə damğalamaq cəhdidir.

Bu, gələcək ailələri, doğulacaq uşaqları, sabahın cəmiyyətini qorumaqdan başqa bir şey deyil.

Bəzən pula, ada, vəzifəyə, görüntüyə həddən artıq önəm veririk.

Ən vacib sualı soruşmağı isə unuduruq. Qarşımızdakı insan sağlamdırmı?

Təəssüf ki, soruşmuruq. Bəlkə də soruşmağı tik saymayıb, susuruq.

Unutmayaq ki, bu gün sussaq sabah oğurluğa dözməliyik, digər gün zorakılığa və bir gün də dağılmış ailəyə...

Bəlkə də bu sual, bu test "Bizim cəmiyyətə uyğun deyil" söyləyənlər tapılacaq.

Amma düşünürəm ki, bir ana sabah ağlamasın deyə, bir uşaq travma ilə, qorxu ilə böyüməsin deyə, bir ev dağılmasın deyə bu mövzunu danışmağa dəyər.

Çünki narkomaniya səssiz gəlir,

amma getdiyi yerdə sükut buraxmır.

Göz yaşları buraxır.

Peşmanlıq buraxır.

Dağıntı buraxır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri