Minlərlə azərbaycanlı xanım Türkiyədə nikaha daxil olub
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ildə Türkiyə vətəndaşları ilə nikaha daxil olan əcnəbi qadınların sayı açıqlanıb.
Modern.az xəbər verir ki, Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatlarına görə, Türkiyədə evlənən xarici gəlinlərin ümumi sayı 28 646 nəfər olub.
Statistika göstərir ki, bu rəqəmin 5,7%-ni rus qadınları təşkil edib. Suriyalı qadınlar 13,8% ilə birinci yeri tutub, ardınca Özbəkistan(13,7%), Mərakeş (9,6%) gəlir. Azərbaycanlı xanımlar (6,8%) siyahıda 4-cü yerdədir. Ötən il 1947 azərbaycanlı xanım Türkiyə vətəndaşları ilə nikaha girib.
Bununla yanaşı, ötən il 5 347 türk qadını xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Xarici kürəkənlər arasında suriyalılar 20,9% ilə birinci yeri tutub. Azərbaycanlı bəylərlə ailə quran türk xanımlarının sayı isə 251 olub. Bu əcnəbi vətəndaşlarla evlənən Türkiyənin xanım vətəndaşlarının 4,7%-ni təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 Fevral 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















