“Nikkei Asia”: Tramp Asiya səfəri zamanı Kim Çen In və Modi ilə görüşə bilər
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 2 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Asiya səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen In və Hindistanın Baş naziri Narendra Modi ilə görüşə bilər.
AZƏRTAC “Nikkei Asia” portalına istinadla xəbər verir ki, Hindistanın Rusiya neftinin idxalını dayandırmaq istəməməsi səbəbindən münasibətləri gərginləşən ABŞ və Hindistan liderləri arasında görüş Malayziyanın paytaxtı Kuala-Lumpurda baş tuta bilər. Oktyabrın 26-dan 28-dək orada Trampın da iştirakı ilə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammiti keçiriləcək.
Amerika lideri daha sonra Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının sammitində iştirak etmək üçün Koreya Respublikasına gedəcək. Portalın məlumatına görə, bu səfəri zamanı Tramp Şimali Koreya ilə Cənubi Koreya arasında hərbisizləşdirilmiş zonaya səfər edə bilər. Orada onun Kim Çen Inla görüşü də mümkündür.

