Nikol kilisəni siyasi proseslərdən kənarlaşdırmaq niyyətindədir ŞƏRH
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paşinyana qarşı Rusiyaya bağlı müxalifətin əsas ocağı məhz Ermənistan kilsəsidir
Ermənistanda hökumət və kilsə arasındakı gərginlik hələ də davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin kilsələrində uzun müddətdir moizə oxunmur və kilsə siyasi partiya kimi fəaliyyət göstərir. O, xüsusilə İrəvan Patriarxı II Qaryagenin rəhbərliyini tənqid edərək xalqı kilsədən uzaqlaşdırmaqda günahlandırır.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında Ermənistanda hökumət ilə kilsə arasındakı münasibətlərdə gərginliyə diqqət çəkib:

"Hökumət avtomatik şəkildə yenidən kilisəyə qarşı müəyyən tədbirlər həyata keçirə bilər. Xüsusilə II Qaryagenlə münasibətlərdə Paşinyan faktiki olaraq gərginliyi ən yüksək səviyyəyə çatdırıb. O bunda haqlı görünür. Çünki Erməni kilsəsi uzun müddət həm Azərbaycan və Türkiyəyə qarşı revanşist qüvvələrin alətinə çevrilib, həm də Ermənistan hökumətinə qarşı təzyiq vasitəsi rolunu oynayıb. Hazırda Paşinyana qarşı Rusiyaya bağlı müxalifətin əsas ocağı məhz Ermənistan kilsəsidir. Paşinyan bunu qəbul etmir və kilisəni siyasi proseslərdən tamamilə kənarlaşdırmaq niyyətindədir. Bu addımlar Ermənistanı gələcəkdə revanşist ruhani bir ölkədən sivil və dünyəvi bir dövlətə çevirmək baxımından xüsusi əhəmiyyət kəsb edir".
Politoloq vurğulayıb ki, Rus meyilli müxalifətin fəallaşması, Taşir qrupunun rəhbəri Samvel Karapetyanın siyasi təşkilat yaratması və digər müxalifət liderləri ilə kütləvi əməkdaşlıq etməsi Ermənistan hökumətinin özünü gücləndirməsinin vacibliyini göstərir.
"Qarabağ klanı da son zamanlar güclənib və bu proseslərdə Ermənistan kilsəsi dəstəkləyici rol oynayır. Paşinyanı ən çox qıcıqlandıran məsələ isə məhz budur: kilsə belə hadisələrin baş verməsinə şərait yaradır və müxalifəti dəstəkləyir. Erməni kilsəsi heç vaxt tam müstəqil olmayıb, faktiki olaraq hər zaman Rusiya kəşfiyyatının əmrlərini yerinə yetirib və bu gün də eyni rolu icra edir. Buna görə də Ermənistan baş nazirinin bu addımı diqqətə layiqdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 15 Dekabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















