Icma.az
close
up
RU
Nikolla bağlı sirlər açılır: Paşinyanı heç nə maraqlandırmır, əslində onun əsl məqsədi bu imiş KONKRET

Nikolla bağlı sirlər açılır: Paşinyanı heç nə maraqlandırmır, əslində onun əsl məqsədi bu imiş KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda cərəyan edən siyasi hadisələr region dövlətlərində diqqətlə izlənilir və təhlil olunur. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan hakimiyyətinin təzadlı qərarları çox vaxt siyasi ekspertlərin təəccübünə səbəb olur. Baş nazir Paşinyanın Qərb siyasəti, Avropaya “stavka” etməsi ən yaxın müttəfiqi Rusiyanın xoşuna gəlməsə də, o kursunu davam etdirir. Əlinə düşən imkanda Rusiyanı kəskin tənqid edən erməni baş nazir bir neçə gündür Amerikada səfərdədir. O Vaşinqtonda bir neçə məsələni müzakirə etməyə imkan tapıb. Paşinyanın siyasi kursunu bəyənməyən ABŞ-dəki erməni diasporası Vaşinqtonla onun görüşünə toplaşıb və bəzi məsələlər müzakirə olunub. Ermənistan Baş naziri diaspora nümayəndələrindən qondarma erməni soyqırımı məsələsinin gündəmdən çıxarılmasını təklif edib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Xəyal Bəşirov Paşinyanın ABŞ-a böyük ümidlərlə getdiyini bildirib:

“Paşinyanın diaspora ilə münasibətləri heç vaxt yaxşı olmayıb. Hətta Baş nazir diasporanın Ermənistandakı dayaqlarını laxlatmaq üçün bir sıra addımlar atıb. Diaspora da öz növbəsində Paşinyanın hakimiyyətdən getməsində maraqlıdır. Xaricdəki erməni diaspora və lobbi təşkilatlarının əsas işi keçmiş Qarabağ münaqişəsi və qondarma erməni “soyqırımı” məsələsidir. Bu iki məsələnin üzərində erməni diasporu və lobbi təşkilatları formalaşıb. Uzun illər ərzində böyük maliyyə resursları qazanıblar. Bu gün də fəaliyyət göstərirlər. İkinci Qarabağ Müharibəsində Ermənistan ordusu və dövlətinə vurulan zərbə həm də erməni diasporuna dəyən zərbə idi. Onların mövcudluğuna zəmanət verən amillərdən biri və ən əsası gündəmdən çıxarıldı. Qarabağ münaqişəsi artıq tarixin arxivinə qovuşdu. Bu gün sülh əldə olunmasa da, münaqişə mərhələsi arxada qaxlıb. Bunu  həm Ermənistanın özü, həm də dünya dövlətləri qəbul edir. Burada əsas məqamlardan biri də Türkiyə-Ermənistan münasibətləridir. Bu gün Azərbaycanla Ermənistan sülh danışıqşlarını davam etdirir. Bu, ondan xəbər verir ki, günlərin birində biz Ermənistanla sülhə nail olsaq, avtomatik  Türkiyə ilə Ermənistan arasında da münasibətlər normallaşacaq. Çünki Türkiyənin əsas şərti Azərbaycan-Ermənistan arasında keçmiş münaqişədən sonra sülh sazişinin imzalanması tələbidir. Yalnız ondan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilər. Ermənistanla Türkiyə arasında sərhədlər açılsa, artıq “soyqırımı” amili bir kənara qoyulacaq.

Bununla da, erməni diasporu və lobbi təşkilatlarının mövcudluğu üçün əsas amil aradan götürülür və mövcudluğuna hər hansı zərurət qalmır. Ona görə də, Paşinyan ABŞ-da onlarla görüşüb və soyqırımı məsələsinin gündəmdəm çıxarılmasını müzakirə edib. Bu, bir daha ondan xəbər verir ki, Paşinyan bu addımı onlarla anlaşma formasında atmağa çalışır. Diaspora və lobbi təşkilatlarındakı ermənilər də anlayırlar ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa, artıq Ermənistan-Türkiyə arasında da hər hansı məsələ qalmır. Özləri də çox gözəl anlayırlar ki, Paşinyanı nə Azərbaycan Ermənistan, nə də Türkiyə-Ermənistan münasibətləri maraqlandırır. Paşinyanın məqsədi öz hakimiyyətini qoruyub saxlamaqdır. “Soyqırımı” məsələsini Paşinyan tarixi reallıq kimi təqdim etmir. Sadəcə izah edir ki, “soyqırımı” məsələsi erməni xalqı üçün yaxşı heç nə vəd etmir. Onun məntiqindən yanaşsaq belə çıxır ki, bu gün Ermənistan zəifdir, Ermənistanın o qədər gücü və dəstəyi yoxdur ki, “soyqırımı” məsələsini davam etdirsin. Bu, o deməkdir ki, məsələ bu gün olmasa da, gələcəkdə qaldırıla bilər. Sadəcə Paşinyana görə mövcud vəziyyətlə bağlı məsələ bu gün prioritet olmamalıdır. Əslində Azərbaycanla sülh prosesinə də Paşinyanın yanaşması belədir. O səmimi deyil. Paşinyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına ən ciddi maneə yaradan konstitusiya məsələsində heç bir addım atmaq istəmir. Bunu etmirsə, deməli, Paşinyan səmimi deyil. O, bəzi məsələləri təxirə salmaqla özünün hakimiyyətini gücləndirməyə çalışır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri