Icma.az
close
up
RU
Nikotin beynə necə təsir edir? Müsbət və mənfi tərəflər

Nikotin beynə necə təsir edir? Müsbət və mənfi tərəflər

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Nikotin insanı diqqətli edir, lakin eyni zamanda güclü asılılıq yaradan stimulyatordur.

Qaynarinfo "The Economist"ə istinadən xəbər verir ki, nikotin tütündən daha az zərərli olsa da, məhz onun təsiri siqareti atmağı çətinləşdirir. Siqaret çəkənlər əsasən əsəbilik və narahatlıq kimi çəkilmə simptomlarından qaçmaq və diqqətli qalmaq üçün nikotinə müraciət edirlər. Bu isə alimləri nikotinin insanın idrak qabiliyyətinə birbaşa təsir edib-etmədiyi barədə düşünməyə vadar edib.

2010-cu ildə ABŞ Milli Sağlamlıq İnstitutlarının apardığı geniş təhlildə 41 araşdırma birləşdirilib və nəticədə nikotinin diqqət və yaddaşa "müsbət təsir" göstərdiyi müəyyən olunub. Nikotin neyronları dopamin, qlutamat, noradrenalin və serotonin kimi neyromediatorlar ifraz etməyə sövq edir. Bu maddələr oyanıqlığı, öyrənmə qabiliyyətini, yaddaşı və motor nəzarətini gücləndirir.

Beyin skanlamaları da göstərir ki, nikotin düşünmə prosesinə cavabdeh olan prefrontal korteks və talamus kimi sahələrdə qan dövranını artırır. Buna görə bəzi tədqiqatçılar nikotinin və ya oxşar birləşmələrin hətta terapevtik vasitə kimi faydalı ola biləcəyini istisna etmirlər.

Məsələn, 2017-ci ildə "Nature Medicine" jurnalında dərc olunmuş araşdırmada nikotinin siçovullarda şizofreniya ilə əlaqəli gen variantından yaranan idrak pozuntularını aradan qaldırdığı göstərilmişdi. 2023-cü ildə aparılan başqa bir təhlildə isə nikotinin ruhi xəstəlikləri olan insanlarda qısa və uzunmüddətli yaddaşı yaxşılaşdırdığı qeyd olunub.

Eyni zamanda alimlər xəbərdarlıq edirlər ki, hamiləlik dövründə və ya yeniyetməlikdə nikotinlə davamlı təmas beynin mənfi şəkildə "yenidən proqramlaşdırılmasına" səbəb ola bilər.

Heyvanlar üzərində aparılan təcrübələr bunu təsdiqləyib: yeniyetmə siçovullar nikotin qəbul etdikdən sonra daha impulsiv olublar, diqqət çatışmazlığı və sonrakı mərhələlərdə həyəcan, depressiv davranış göstəriblər. Hamiləlik zamanı nikotinə məruz qalan siçan balalarında da oxşar nəticələr qeydə alınıb.

Nikotinin asılılıq yaratması isə dopamin ifrazı ilə bağlıdır. Bu maddə beyində "nucleus accumbens" adlı mərkəzi stimullaşdıraraq mükafat hissi yaradır. Hiss yoxa çıxdıqda isə orqanizm yenidən nikotin tələb edir.

"The Economist" qeyd edir ki, bu vəziyyət digər psixoaktiv maddələrdə də müşahidə olunur. Məsələn, alkoqol və kofein də beynin inkişafına mənfi təsir göstərə bilər, lakin yetkinlər üçün müəyyən faydaları da vardır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri