Icma.az
close
up
RU
Şagird sayına görə maliyyələşdirmənin məğzi Müsbət və mənfi tərəflər

Şagird sayına görə maliyyələşdirmənin məğzi Müsbət və mənfi tərəflər

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Gələn ildən Azərbaycanda ümumi təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunacaq məktəblərin sayı 100-ə çatdırılacaq. 2026-cı il üçün dövlət büdcəsi layihəsində ümumtəhsil məktəblərinin adambaşına maliyyələşmə pilot proqramının reallaşdırılması üçün 85 milyon manat vəsait nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, Azərbaycanda ümumtəhsil məktəblərində adambaşına maliyyələşmə sisteminə keçid istiqamətində əsas işlər 2022-ci ildən başlayıb.

Elm və Təhsil Nazirliyinin planlarına əsasən, 2024-cü ilin sonu bir neçə məktəbdə pilot layihəyə start verilməli idi. Amma pilot məktəblər barədə hər hansı rəsmi məlumat yoxdur.

Son rəsmi açıqlamalara görə, Azərbaycanda şagird sayı az olan kənd məktəblərində bir şagirdə düşən illik xərc 7 min manata qədər çata bilər, bəzi kiçik məktəblərdə daha artıqdır. Şagird sıxlığı yüksək olan böyük şəhər məktəblərində bu göstərici orta hesabla 600 manat ətrafındadır.

Qeyd edək ki, adambaşına maliyyələşmə ideyasını XX əsrin 50-ci illərində amerikalı alim Milton Fridman irəli sürüb. Sonralar dünyanın əksər ölkələri məktəblərdə adambaşına maliyyələşmə mexanizminin tətbiqi istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, Kanada, Böyük Britaniya, İsveç, ABŞ, Avstraliya, Niderland, Yeni Zelandiya, Bolqarıstan, Finlandiya, Polşa, İslandiya, Litva və Gürcüstanda ümumi təhsil sistemində adambaşına maliyyələşmə (vauçer) mexanizmi tətbiq olunur.

Hazırda dünyanın demək olar ki, bütün inkişaf etmiş ölkələrində bu sistem tətbiq edilməkdədir. Burada məqsəd məktəb büdcəsinin şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında formalaşması mexanizminin tətbiqi və bu prinsip əsasında məktəbə ayrılmış büdcə vəsaitlərinin idarə olunmasında məktəblərə müstəqilliyin verilməsindən ibarətdir.

Şagirdbaşına maliyyələşdirmə prinsipi həm üstünlükləri, həm də mənfi tərəfləri var. Belə ki, bu sistem büdcə bölgüsündə şəffaflıq və ədalətlilik yaradır, çünki hər bir məktəbə ayrılan vəsait şagird sayı ilə birbaşa bağlıdır. Məktəblər öz büdcələrini planlaya və xərcləyə bilir, ehtiyaclarına uyğun prioritetləri müəyyən edə bilirlər. Bu isə resursların daha səmərəli istifadəsinə imkan verir.

Sistem həm də məktəblər arasında sağlam rəqabət mühiti yaradır, çünki şagird sayı və keyfiyyət göstəriciləri maliyyəni müəyyən edir. Bu, təhsilin keyfiyyətinə bilavasitə təsir göstərir.

Eyni zamanda, sistemin müəyyən çatışmazlıqları da var. Şagird sayı az olan kiçik kənd məktəblərində bir şagirdə düşən xərclər çox yüksək ola bilər ki, bu da büdcə balansını çətinləşdirir. Məktəbin şagird sayı azaldıqca büdcəsi də azalır, bu isə fəaliyyət və müəllim işçilərin saxlanmasını çətinləşdirə bilər.

Böyük şəhər məktəbləri daha çox şagirdə görə daha çox vəsait alır, kənd və kiçik məktəblərdə isə resurs çatışmazlığı yarana bilər, bu da regional bərabərsizlik riskini artırır. Sistem qısa müddətli planlaşdırmada da çətinliklər yarada bilər, çünki şagird sayına bağlı büdcə dəyişkəndir və uzunmüddətli infrastruktur layihələrinin maliyyələşdirilməsini çətinləşdirə bilər.

Bundan əlavə, məktəblər şagird sayını artırmaq üçün təzyiq altında qala bilər ki, nəticədə keyfiyyət yox, kəmiyyət ön plana çıxa bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri