Icma.az
close
up
RU
Niyam Rəmişin xanımını işdən çıxardıb?

Niyam Rəmişin xanımını işdən çıxardıb?

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü sahibi olduğu restoranda işdən çıxartdığını deyib.

Axşam.az xəbər verir ki, bu haqda verilişində danışan Zaur "2 il yanında işləyib, indi çıxardıb. Deyir ki, mənə dəstək oldu, işə götürdü. İndi şikayət edir ki, niyə məni işdən çıxartdı" sözlərini əlavə edib. 

Niyam isə "Restoran hələ açılmayıb, necə işdən çıxartdım? Yalan danışır. Elə bir sənətkarın xanımını işə dəvət edəndə adını nə qoyum? Gülü yanımda nə işləyir? Aşpaz köməkçisi? Yox. O, işləmir, adı Niyamın yanında olmaqdır. Yanımda sağ əlim olacaq" deyə, cavab verib. 

Qeyd edək ki, Rəmiş dünyasını dəyişəndən sonra xanımı restoranda çalışmağa başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://axsam.az
archiveBu xəbər 21 Noyabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri