Icma.az
close
up
RU
Niyə axşamlar internetdə problemlər yaranır?

Niyə axşamlar internetdə problemlər yaranır?

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Son dövrlər Azərbaycanda internet sürətinin azalması və tez-tez baş verən kəsintilər istifadəçilər arasında narahatlıq yaradıb. Xüsusilə, axşam saatlarında bağlantının zəifləməsi və fasilələrin artması bu problemlərin səbəbləri ilə bağlı suallar doğurur. Maraqlıdır, internetdə yaranan bu çətinliklər nədən qaynaqlanır, provayderlərin məsuliyyəti nə qədərdir və mövcud vəziyyət yaxın perspektivdə necə dəyişə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, yaranan problemlər əsasən avadanlıqların köhnəlməsi, şəbəkənin yüklənməsi, sistematik texniki nasazlıqlar və istifadəçi tərəfdə düzgün tənzimləmələrin aparılmaması ilə bağlıdır.

“Son illər ölkənin ümumi internet infrastrukturu əhəmiyyətli dərəcədə yenilənib və magistral şəbəkə fiberoptik texnologiyalar əsasında genişlənməkdədir. Bu da ümumi internet keyfiyyətinin artmasına müsbət təsir göstərir”.

Bununla belə, yerli provayderlərin texniki imkanları və şəbəkə idarəetmə resursları arasında fərqlərin qalmaqda olduğunu vurğulayan assosiasiya sədri qeyd edib ki, xüsusilə axşam saatlarında yüksəktrafikli dövrlərdə bəzi provayderlər şəbəkə yüklənməsini optimal idarə edə bilmir. Nəticədə istifadəçilər sürətin aşağı düşməsi və qısa müddətli bağlantı fasilələri ilə üzləşirlər.

“Problemlərin bir qismi də istifadəçilərin evdə istifadə etdiyi avadanlıqlarla bağlıdır. Köhnə model routerlər, düzgün konfiqurasiya olunmayan şəbəkələr və eyni anda çoxsaylı cihazın qoşulması internet sürətinə mənfi təsir göstərir. Eyni zamanda, abunəçilərin real ehtiyaclarına uyğun olmayan internet paketlərini seçməsi də sürət itkisini daha qabarıq hiss etdirir”.

Yaxın perspektivdə provayderlərin texniki resurslarının yenilənməsi və şəbəkə idarəetmə sistemlərinin optimallaşdırılması bu cür halların minimuma enməsinə şərait yaradacaq.

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilən işlər, xüsusilə regionlarda fiberoptik internetin genişləndirilməsi artıq real nəticələr verməkdədir”.

Ümumilikdə isə Elvin Abbasov vurğulayıb ki, ölkədə internet sürəti və keyfiyyəti ötən illərlə müqayisədə xeyli yaxşılaşıb və mövcud kəsintilər əsasən lokal texniki səbəblərlə izah olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri