Icma.az
close
up
RU
Niyə bəzən yaxşı insandan da ayrılmaq lazımdır?

Niyə bəzən yaxşı insandan da ayrılmaq lazımdır?

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsanlar adətən düşünür ki, münasibətdə xoşbəxt olmaq üçün partnyorun mehriban, qayğıkeş və sevən biri olması kifayətdir. Lakin həyat hər zaman bu qədər sadə olmur. Bəzən münasibətlər xəyanət, qalmaqal və ya kobud davranış olmadan da sona çatır. Belə hallarda ayrılmaq qərarını verən şəxs uzun müddət özünü günahkar hiss edə bilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ən ağrılı ayrılıqların hamısının toksik münasibətlərdən qaynaqlanmadığı bildirilir.

Bəzən cütlük bir-birinə hörmət edir, ortaq dəyərləri bölüşür, hətta ailə və dostları tərəfindən ideal cütlük kimi qəbul olunur. Buna baxmayaraq, hisslər dəyişə və münasibətin davam etməsinin mümkünsüz olduğu qənaəti yarana bilər.

Ayrılıq söhbəti niyə gecikir?

Mütəxəssislərin sözlərinə görə, bir çox insan qarşı tərəfi incitmək, qurulan planları dağıtmaq və yaxınlarını məyus etmək qorxusundan ayrılıq barədə danışmağı aylarla təxirə salır. Onlar hisslərin yenidən qayıdacağına, yaşanan böhranın keçəcəyinə və ya sadəcə yorğun olduqlarına inanmağa çalışırlar. Lakin səmimi söhbət nə qədər gecikirsə, ayrılıq hər iki tərəf üçün bir o qədər ağır keçir.

Günahkarlıq hissi uzun müddət davam edə bilər

Araşdırmada qeyd olunur ki, münasibəti bitirmək qərarını verən insanlar özlərini qalib kimi hiss etmirlər. Əksinə, onlar uzun müddət vicdan əzabı və günahkarlıq hissi yaşayırlar.

Bəziləri "mən pis insanam", "bir dəfə kimisə incitmişəmsə, həmişə belə olacağam" və ya "mən xoşbəxt olmağa layiq deyiləm" kimi düşüncələrə qapılır.

Psixoloqlar bildirirlər ki, bir qərarın insanın bütün şəxsiyyətini müəyyənləşdirməsi düzgün yanaşma deyil.

Hər ayrılığın günahkarı olmur

Mütəxəssislər vurğulayırlar ki, insanlar sevgi hekayələrini çox vaxt "günahkar" və "qurban" anlayışları ilə qiymətləndirməyə çalışırlar. Halbuki real həyatda vəziyyət daha mürəkkəbdir. Bir insan qarşı tərəfə laqeyd və ya qəddar olduğu üçün deyil, sadəcə həmin münasibətdə gələcəyini görmədiyi üçün ayrılmaq qərarı verə bilər.

Bu, qarşı tərəfin ağrı çəkməyəcəyi anlamına gəlmir, eyni zamanda ayrılan şəxsin bütün yaxşı xüsusiyyətlərini də kölgədə qoymur.

Özünüzə bu sualları verin

Psixoloqlar bildirirlər ki, münasibətlə bağlı şübhələr davamlı xarakter alırsa, onları görməzdən gəlmək olmaz. Belə vəziyyətdə insan özündən soruşmalıdır ki, tərəfdaşı ilə birlikdə olarkən həqiqətən xoşbəxtdirmi, bu münasibətin gələcəyini görürmü, münasibətdə sevgiyə görə qalır, yoxsa kimisə incitmək qorxusuna görə və hisslərini açıq şəkildə ifadə edə bilirmi. Əgər bu suallara cavab vermək daxili narahatlıq yaradırsa, deməli, problem artıq uzun müddətdir mövcuddur.

Mütəxəssislərin fikrincə, insanlar çox vaxt ayrıldıqlarına görə deyil, həqiqəti vaxtında demədiklərinə görə peşman olurlar. Xüsusilə də qarşı tərəf mehriban, qayğıkeş və münasibətin bitməsi üçün açıq səbəb yaratmayıbsa, belə söhbət daha çətin keçir.

Bununla belə, yalnız borc hissi və ya kimisə incitmək qorxusu ilə münasibəti davam etdirmək də düzgün hesab edilmir. Çünki zaman keçdikcə bu vəziyyət hər iki tərəfə daha çox mənəvi zərər verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 İyul 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri