Icma.az
close
up
RU
Niyə birinci su çərşənbəsi gəlir?

Niyə birinci su çərşənbəsi gəlir?

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə edən qədim el bayramıdır. Minilliklərdən gələn bu ənənə təkcə təqvim dəyişimi deyil, həm də yenilənmə, bərəkət və birlik fəlsəfəsidir.

Milli.Az xəbər verir ki, Novruzdan əvvəl qeyd olunan dörd çərşənbə təbiətin mərhələli oyanışını simvolizə edir. Su - həyatın başlanğıcı, od - işıq və enerji, yel - hərəkət və nəfəs, torpaq - məhsuldarlıq və bərəkət. Bu gün ilk çərşənbədir - su çərşənbəsi. 

İlk çərşənbənin su olması isə təsadüfi deyil. Çünki Orxon Yenisey yazılarından Avesta mətnlərinə, Altay miflərindən antik fəlsəfəyə qədər su həyatın başlanğıcı kimi qəbul olunub. Qədim türklərdə su müqəddəs sayılırdı. Çaylara, göllərə, bulaqlara and içmək ən ciddi and forması idi. Ümumiyyətlə su bütün mədəniyyətlərdə təmizlənmə və yenilənmə rəmzidir: islamda dəstəmaz və qüsl, xristianlıqda xaç suyuna salınma mərasimi, şaman ayinlərində su ilə arınma. Bu arxetip onu göstərir ki, su fiziki təmizlənmədən daha çox mənəvi yenilənmə simvoludur.

Yazın ilk nəfəsi də məhz sudan gəlir. Su çərşənbəsinin kökləri qədim türk inanclarına dayanır. Bu çərşənbəyə xalq arasında "əzəl çərşənbə", "gözəl çərşənbə", "gül çərşənbə", "sular Novruzu" da deyilir. Su çərşənbəsi suya sitayişlə başlayarmış, insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, suyun üstündən atlanar, ətrafında bir sıra mərasimlər keçirərdilər. 

Su çərşənbəsi insanın təbiəti müşahidə etməsindən doğan ən qədim təqvim işarələrindən biridir. Qədim dövrlərdə yazın gəlməsi tarixlə deyil, suyun səsi ilə ölçülürdü. Çayın səviyyəsi qalxanda, buzlar sınanda, torpaq nəmlənəndə insanlar anlayırdı ki, zaman dəyişir. Su çərşənbəsi təkcə folklor adəti deyil həm də minilliklərə dayanan yaddaş ənənəsidir.

Təbiət heç vaxt qəfil dəyişmir - əvvəl su hərəkətə gəlir. O, sərhəd tanımır, dayananda durğunlaşır, axanda yenilənir. Bu xüsusiyyətlər insan fəlsəfəsi ilə səsləşir: dəyişmək, köhnədən ayrılmaq və davam etmək. 

Novruz torpağın nəfəsi, günəşin istiliyi, suyun axarıdır. Bu bayram minilliklərin yaddaşından gələn bir çağırışdır. İnsanı yenilənməyə, köhnəni geridə qoymağa, barışa səsləyən, təbiətlə ahəng içində yaşamağın fəlsəfəsini xatırladan bir bayramdır.

Qoy bu yaz hər şey həyatınızda su kimi aydın, təmiz və axarlı olsun!

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:431
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Fevral 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri