Icma.az
close
up
RU
Baharın ilk çərşənbəsi Su çərşənbəsi

Baharın ilk çərşənbəsi Su çərşənbəsi

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qışın soyuğundan, şaxtalı havalardan sonra bizi baharın isti, ilıq nəfəsi qarşılayır. Bütün canlılar, təbiət fəsillərin ən gözəli hesab olunan baharın tez gəlməsini səbirsizliklə gözləyirlər. Artıq baharın necə deyərlər, novruzun ilk çərşənbəsi - Su çərşənbəsi bizi qarşılayır. İlk müjdə özü ilə baharın qoxusunu, ab-havasını da gətirib. İnanclara görə baharın ilk çərşənbəsində su mənbələri təzələnir və dağ başındakı qarlar əriməyə başlayır. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Odur ki, ilk olaraq su çərşənbəsi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Xalq arasında ona "əvvəl çərşənbə", "gözəl çərşənbə", "sular Novruzu", "gül çərşənbə" də deyilir. Əlbəttə ki, Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, türk dövlətlərində və bir çox qonşu ölkələrdə olduğu kimi, Novruz Bahar bayramı kimi qeyd olunur. Bayrama qədər xalqımız 4 çərşənbəni qeyd edir. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Aşıqlar da vücudnamələrində "Ab, atəş, xak, badan yarandım", - deyiblər, yəni insan su, od, torpaq və yelə bağlıdır. Qeyd etdiyimiz kimi, birinci çərşənbəmiz Su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirər, evin ətrafına çiləyər, üzlərini yuyardılar. İkincisi çərşənbəmiz Od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir. Od çərşənbəsində tonqallar qalanır. Hər ailə üzvünün adına bir şam yandırılır, xonçalar düzəldilir. Üçüncüsü Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncüsü Torpaq çərşənbəsidir ki, bu da sonuncu çərşənbədir. Göründüyü kimi, birinci çərşənbədən başlayaraq, torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Kosa və Keçəl isə Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı tərənnüm edir. Bu gün artıq Novruz bayramının ilk çərşənbəsi Su çərşənbəsi qeyd olunur. Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. SUYA TAPINMA İNAMI Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su ilə bağlı folklorumuzda maraqlı olan inanclarla rastlaşırıq. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Süfrəyə su dağılması aydınlıqdır, Su içən adamı qəfil vurmazlar, Su içən adamı ilan çalmaz, Lal axan sudan keçərkən suyum irəlilə, deyərlər, Su olan yerdə dirilik olar, Su murdarlıq götürməz və s. Əlbəttə ki, bu inaclar suyun təmizliyinə, saflığına olan inamdan irəli gəlir. Qoy su çərşənbəsi bütün dünyamıza sülh, əmin-amanlıq gətirsin. Bütün insanların həyatı su kimi şəffaf, parlaq və aydın olsun! Su çərşənbəniz mübarək! Nəzakət ƏLƏDDİNQIZI

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

UNEC-də Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Sosial

Bahar Muradova Xaçmazda vətəndaşların müraciətlərini dinləyəcək

Sosial

Xocalının Ballıca kəndinə daha 22 ailə köçürülüb - YENİLƏNİB - FOTOLAR

Sosial

Qarlı-şaxtalı hava şəraitində hansı təhlükəsizlik qaydalarına əməl etməliyik? - EKSPERT FİKRİ

Sosial

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

Sosial

“Azərsun Holdinq”in təşəbbüsü ilə milli mətbuatın 150 illiyinə həsr edilmiş sayt hazırlanıb

Sosial

Nəqliyyat vasitələrinin hərəkət qrafikində hansı dəyişikliklər var? - SORĞU

Sosial

"Tıxaclarda ara məsafəsi mütləq gözlənilməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

Sosial

"Bakı Metropoliteni"nin sədrinə yeni müşavir

Sosial

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə görüş olub

Sosial

DİQQƏT: Sabah yeni qar yağacaq? - QURUM RƏSMİSİ AÇIQLADI

Sosial

Xüsusi mühafizə edilən təbiət ərazilərində otyeyən heyvan və quşların yemə olan tələbatı qarşılanır - FOTOLAR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri