Icma.az
close
up
RU
Kişilərin ürəyi niyə partlayır?

Kişilərin ürəyi niyə partlayır?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kubra Məhərrəmova yazır...

Son bir ayda yerli KİV-də idman zallarında baş verən qəfil ölüm halları barədə xəbərlər artır.

Sentyabr ayının 29-da Cabir İmanov idman zalında həyatını itirdi. Təqribən 10 gün əvvəl iş adamı Tural Tapdıqzadənin idman zalında halı pisləşib, xəstəxanaya aparılarkən həyatını itirib. Dünən isə Sumqayıtda 21 yaşlı gənc, Adil Eyvazov idman zalında özünü pis hiss edib və həyatını itirib.

Sanki həyat sağlam həyat tərzi sürən, idman edib, pəhriz saxlayan adamları sınağa çəkir.

Bəs fəlsəfəni və fövqəladə qüvvələrin müdaxiləsini kənara qoysaq hansı nəticə ilə üz-üzə gələcəyik?

İlk növbədə nəzərə almalıyıq ki, Azərbaycanda ölünü narahat etməmək üçün çox zaman mərhumun yaxınları meyityarmadan imtina edirlər. Ölüm səbəbinin araşdırılması üçün bu proses vacib olsa da, yerinə yetirilmir. Sadəcə ümumi tibbi baxışla nəticə müəyyən olunur. Çox zaman isə şablon diaqnoz müəyyən edilir, "qəflətən pis hiss etmə", "ürəktutması"...

Lakin heç kim bu ürəktutmanın nədən qaynaqlandığını bilmək və ya öyrənmək istəmir. Çünki bu ürəktutmaya qədər orqanizm xeyli yol gəlir, patologiya, toksikologiya və s.

Çox zaman özü təhlükəni sovuşdurmağa çalışır. Lakin hər bir orqanizmin bir yerə qədər resursu var. Bitəndə, artıq gec olur.

Bəs həkimlər bu barədə nə düşünürlər?

Tibb deyir ki, məşq zamanı və ya məşqdən sonra baş verən qəfil ölüm hər zaman üç mümkün ssenaridən birinin əlamətidir.

Kəskin ürək problemi (infarkt, aritmiya), mexaniki-struktur dəyişikliklər (aortanın yırtılması) və ürəkdən asılı olmayan səbəblər ağciyər arteriyasının tromboemboliyası.

Bəzi hallarda isə zəhərlənmə.

Gələk gənc oğlanlarda yaşanan ürək probleminə.

Gənclərdə ən çox rastgəlinən ürək problemləri genetik kardiomiopatiyalar, sağ mədəcikdə aritmogen kardiomiopatiya, anadangəlmə ürək qüsurları, koronar arteriya anomaliyaları, kəskin miyokardit göstərilir.

İndi isə sual oluna bilər, idman zallarına məşqə gedən neçə faiz gənc əvvəlcədən həkim müayinəsindən keçib?

Cavab demək olar ki bəllidir, çox az, cüzi...

Nəzərə alsaq ki, son zamanlar gənclər daha çox güc məşqlərinə (ağır yüklərin qaldırılması) üstünlük verirlər, bu da qısa müddətdə çox yüksək arteriya təzyiqi yaradır. Aorta və ürək üzərində sərt təzyiq yaradır. Aortanın yırtılması və ya buna meyilliliyi olan şəxslərdə ölümcül aritmiyaya səbəb olur.

Məhz bunun üçün məşqdən əvvəl həkimə getmək lazımdır ki, sizin üçün uyğun olan məşq növünü və intensivliyini təyin etsin, ürək-damar sistemində hər hansı problemin olub-olmadığını müəyyən etsin.

İndi isə ən maraqlı məqam, gənclər qısa zaman ərzində əzələ yığmaq üçün qeyri-adi yollardan geninə-boluna istifadə edirlər.

Anabolik steroidlər və bəzi "pre-workout" (məşqdən əvvəl) stimullaşdırıcı maddələr aritmiyalar, hipertrofiya, yüksək təzyiq və damar problemlərinin riskini artırır.

Bu isə "rus ruletkası"na bənzəyir. İstənilən anda atəş açıb, öldürə bilər. Bəs bu qədər sağlamlığa zərər vuran maddələr Azərbaycan ərazisinə necə keçirilir? Necə belə rahat satışa çıxarılır?

Çünki bu qida əlavələrinin və maddələrin çoxu dünyada qadağandır. Bakıda isə istədiyin maddəni alıb ya inyeksiya şəklində, ya da qida əlavəsi kimi istifadə edə bilərsən.

Məsələyə indi bir də sosioloji tərəfdən baxaq.

İdman zallarında "ölüm" xəbərlərinin artmasının mümkün səbəblərindən biri də fitnes və güc məşqlərinin populyarlığının artmasıdır. Son beş ildə uğurlu insan obrazının arxasında fit bədən quruluşlu, fitneslə məşğul olan və sağlam qidalanan qadın və ya kişi durur.

Bu o deməkdir ki, sənin fitnes zalına getmək üçün pulun, zamanın və iradə gücün var. Həmçinin pəhriz saxlamaq üçün də.

Bu əla çağırış olsa da, qeyri-peşəkar məşqçinin əlinə düşən istənilən adam üçün təhlükəyə çevrilə bilər.

Nəzər alsaq ki, bir çox təlimçilərin (məşqçilərin) nəinki tibbi təhsili, bu barədə heç ümumi anlayışı belə yoxdur. Çox zaman aqressiv məşqlərin nəticəsində bel yırtıqları və digər travmalar yaşanır. Üstəgəl yuxarıda qeyd etdiyim qida əlavələri kimi təqdim olunan steroidlər və s. orqanizmi sıradan çıxarır.

Bundan əlavə məşq zallarının çoxunda təcili yardım və AED (defibrilyator) yoxdur. Olsa belə "AED-dən düzgün istifadə edə biləcək adam var?" sualı hər kəsi narahat edir.

Bütün sadaladığım faktlardan sonra nəticə müəyyən edirik.

1. Mütləq idman zalına getmək istəyən şəxslər kardioloji müayinə olunmalıdırlar. Çox zaman ürəklə bağlı problemlər gizli şəkildə baş verir. Bizim ölkənin kişiləri isə yalnız ölüm ayağında həkimə gedirlər.

2. Qida əlavələri və digər "dərmanlar"a qarşı çox ciddi yanaşmaq. Onların əksəriyyətinin öldürmək kimi yan təsiri var. Toksikoloji faktor həddindən artıq böyükdür.

3. Məşqə başlayarkən qısa zaman ərzində nəticəni gözləməmək, ağır, travmatik hərəkətlərdən uzaq durmaq. Uzun müddətli nəticəyə fokuslanmaq və intizamla məşq etmək.

4. Fitnes və qidalanma ilə bağlı internetdə və yazılı ədəbiyyatda xeyli məlumatlar var. Bu məlumatlarla şəxsən tanış olmaq, məşqçi və təlimatçının dediklərini yoxlamaq.

5. İdmanı həyat tərzinə çevirərək ondan maksimal düzgün edib həyat keyfiyyətini yüksəltmək.

6. Bir daha gənc kişilərə ürək-damar xəstəlikləri ilə bağlı mütəmadi müayinələrə getmək tövsiyə edirəm. Ürək ən güclü əzələ olduğu üçün sona qədər mübarizə aparır. Dəstək olmayanda isə sağollaşır.

Sonda nəzərə alın ki, qadınlarda olan estrogen hormonu kişilərdə yoxdur. Bu hormon qadınları menopauzaya qədər damar sağlamlığını qorumağa kömək edir. Lakin menopauzadan sonra qadınlarda da infarkt riski kəskin şəkildə artır, çünki hormonun səviyyəsi azalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see342

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see304

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see294

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see281

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see280

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see264

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see252

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see251

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see247

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see240

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see237

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see236

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see236

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see228

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see224

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see223

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see193

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see190

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri