Icma.az
close
up
RU
Kişilərin xəstəliyi, qadınların həkimliyi

Kişilərin xəstəliyi, qadınların həkimliyi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Ürək və damar xəstəliyindən yaxa qurtarmaq heç də asan deyildir. Bildiyimiz kimi, adını çəkdiyim xəstəliklər də ən çox kişiləri yaxalayır. Bunun da əsasında stres, siqaret, yuxusuzluq, gərginlik, spirtli içkilər, qan təzyiqi, bədəndə piyləmə durur. Özü də xəstəlik kişilərdə 45-50 yaşlarda daha çox şiddət alır və hər an bu təhlükə yarana bilir.
Kişiyə həyat yoldaşı daha çox yaxın olur. Ağıllı, ərinə sədaqətli qadın onu heç vaxt bu ağır vəziyyətdə köməksiz qoymur, nəyin bahasına olursa olsun onunu həyatını qorumağa çalışır. Həmçinin həkimlərin bu işdə kömək məqsədilə qadınlara bir-neçə tövsiyəsi vardır. Birinci növbədə bunun üçün evdə sakit və rahat şərait yaratmaq əsas şərtdir. Təhlükə baş verəndə qadın özünü itirməməli və nə etmək lazım olduğunu bilməlidir.
İnfarkt başladığı ilk andan etibarən dəqiqələr çox dəyərlidir. Bu halda xəstənin yaxın adamı vəziyyətə uyğun hərəkət etməlidir. Təcili yardım çağırmaq əsas şərtdir. Bundan sonra qadın bunlara mütləq əməl etməlidir.
Xəstə yerindən tərpənmədən olduğu yerdə uzanmalıdır. Uzandığı yer yataq olmasa da, olar. Qaldı ki, başının altına bir şey qoymaq lazımdır. Yaxası, kəməri, qalstuku dərhal açmaq ən vacib şərtdir. Əgər evdədirsə daha rahat nəfəs alması üçün pəncərələr açıq olmalıdır. Evdə ürək dərmanı varsa dilinin altına qoyulmalı və onun sakit qalması üçün qayğı, şəfqət göstərmək xeyirlidir. Xəstə çox tərləyirsə, bu, onun qan təzyiqinin düşməsinə işarədir. Belə halda xəstənin baş altısı alçaq olmalıdır. Sonda əgər xəstə su istəsə verilə bilər.
Bütün bunları görməklə qadın təcili yardım gələnədək ərinin həyatını ola biləcək təhlükədən qoruyur.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyul 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri