Icma.az
close
up
RU
“Niyə istəmədiyim universitetdə 4 il oxuyum ki?!” 518 balla kəsilən Yeganə

“Niyə istəmədiyim universitetdə 4 il oxuyum ki?!” 518 balla kəsilən Yeganə

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Üç gün əvvəl elan edilən ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 88 756 abituriyentdən 57 236 nəfəri qəbul olunub. 31 520 nəfər isə tələbə adını qazana bilməyib. Universitetə qəbul ola bilməyənlər arasında 500-600-dən çox bal toplayan abituriyentlər də var.

“Qafqazinfo” onlardan biri olan, 518 balla imtahandan kəsilən Yeganə İsmayılova ilə həmsöhbət olub. 

Yeganə saytımıza açıqlamasında bildirib ki, o, üçüncü qrupa hazırlaşıb və imtahan nəticələri heç də gözlədiyi kimi olmayıb: “İxtisas seçimində yalnız öz istədiyim ixtisasları yazmışdım. İstədiyim ixtisasların balları birdən-birə 60-70 bal artdı deyə mən limitin altında qaldım. Əsas hədəfim Xarici Dillər Universitetində alman dili üzrə tərcümə ixtisası idi. Mən ixtisas seçimi edəndə bu ixtisasın balı 470-480 bal aralığında idi, bu il isə 550-ni keçib. Ümumiyyətlə, bu il üçüncü qrup üzrə imtahan verənlər çox olduğuna görə, “Fəlsəfə” kimi balı aşağı olan ixtisaslarda belə bal 240-dan 380-ə qədər artıb. Görülmüş şey deyil ki, bir ixtisasda 140 bal artım olsun”.

Y.İsmayılova qeyd edib ki, ixtisas kodlaşdırmasında hədəflədiyindən kənar heç bir yer yazmayıb: “Mən ancaq 10 ixtisas seçimi etmişdim, hamısını da alman dili üzrə tərcümə və ya filologiyasını yazmışdım. B2 səviyyəsində alman dili bilirəm. Heç bir halda növbəti il üçün Azərbaycan universitetlərinə hazırlaşmayacağam, nə də bal dondurub yenidən imtahan verməyəcəm. Yanvrda C1 səviyyəsi üzrə alman dilinin sertifkatını alıb, Almaniya məktəbində 12-ci ili oxuyub, daha sonra universitet imtahanı verməyi planlaşdırıram. Hüquqşünaslıq ixtisasını Almaniyada oxuyacağam”.

O, üçüncü ixtisas qrupu üzrə balların çox artmasından narazı qalıb: “Nəinki 518, hətta 600 balı keçənlər arasında da kəsilənlər var. Mənim dostlarımın içində də məndən çox bal toplayıb kəsilənlər oldu. Hansı ki, I və II qrup üzrə imtahan verən tanışlarım var ki, onlar 190 balla universitetə qəbul oldular. Mən də istəsəydim, qəbul olardım. Çünki ixtisas seçimində mütəxəssisə müraciət etmişdik. O, ilk üç yerə mənim istədiyim ixtisasları yazdı, daha sonrakı yerlər istəmədiklərim idi. Yəni mən mütəxəssisin kodlaşdırdığı ixtisaslardan birinə düşüb mütləq tələbə adını qazanacaqdım. Amma mən o ixtisasları istəmirdim. Niyə məhz tələbə adı qazanmaq üçün 4 il istəmədiyim universitet və ixtisasda oxuyum ki?!

“Tələbə” adı qazanmaq o qədər də böyük şey deyil, əsas hədəfə çatmaqdır. Mən istədiyim balı topladım, amma hədəfim olan ixtisasa düşmədimsə, bu mənim günahım deyil. İkinci imtahanda da iştirak edəcəyəm, amma sadəcə ad olsun deyə... Qəbul olsam belə, imtina verəcəyəm”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Avqust 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri