Icma.az
close
up
RU
Niyə Müsavat Trol Sadıqlıya, AXCP isə Qabil Məmmədova yiyə durmur? ANALİZ

Niyə Müsavat Trol Sadıqlıya, AXCP isə Qabil Məmmədova yiyə durmur? ANALİZ

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan iqtisadi, siyasi, hərbi sahələrdə gücləndikcə bəzi xarici qaranlıq dairələrində narahatlıqları artır. Çünki onlar dünya siyasətinin müəyyənləşməsində yeni güc mərkəzinin masada olmasını arzulamırlar. Hansı ki, yeni qüdrətli dövlət dünya siyasət aləmində daha ədalətli və xeyir davranış nümayiş etdirir. Məhz bu səbəbdən dünya siyasətində, hərb meydanında, iqtisadi sferada parlayan Azərbaycanı kölgədə saxlamaq üçün hər cür iyrənc vasitə və üsullardan, hətta sapı özümüzdən olan baltalardan istifadə edirlər. Təəssüflər olsun ki, sonuncular bu ölkənin imkanlarından, yaradılan yüksək iqtisadi, sosial və digər imkanlarından ən çox bəhrələnən, yararlanan tərəflər olublar. Lakin qazandıqları, əldə etdikləri ilə qane olmayaraq müxtəlif qanunsuz əməllərlə varidartlarını artırmağa çalışıblar. Hətta hazırda xaricdə gizlənib Azərbaycan dövlətinin atributlarına qarşı təhqirlər yağdıranlar, ittihamlar irəli sürənlər bəzi insanları sadəlövhlüyündən istifadə edərək onların pul vəsaitlərini ələ keçiriblər. Təbii ki, törədilən cinayətlər cəzasız qala bilməz. Həm də Azərbaycan hüquqi, azad dövlətdir. Kimsənin statsusuna, cəmiyyətdə tutduğu mövqeyinə görə cinayətdən azad edilməsi mümkünsüzdür. Belə hal baş versə, sensasiya olaraq qiymətləndirilər və ölkəmizin imicinə xələl gətirər. Yalnız məhkəmə istisna hallarda qərarını elan edərkən məhkəməsi keçirilən şəxsə qarşı qismən humanist davranış nümayiş etdirə bilər. Qanuna görə isə, cəzadan heç kim xilas ola bilməz. El məsəlində deyildiyi kimi, “qanun şahdır, şah qanun deyil”.

Cinayətkar cəzasız qala bilməz

Bəli, Azərbaycanda hər kəs qanun qaşısında cavabdehlik daşıyır. Bu baxımdan Azərbaycanda müxtəlif cinayətlər törətdiklərinə görə xaricə qaçanlara qarşı Azərbaycanın Baş Prokurorluğunun İstintaq İdarəsinin qaldırdığı cinayət işləri təbii prosedurdur. Bununla bağlı onların qeydiyyatda olduqları ünvanlara bildirişlər göndərib və istintaq idarəsinə gəlmələri qeyd olunub. Bir daha Azərbaycanın qanunlarına qarşı hörmətsizlik nümayiş etdirən xaricdə gizlənən antimilli ünsürlər Baş Prokurorluğun İstintaq İdarəsinin çağırışına əməl etməyiblər. Bu baxımdan da Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev, Qurban Məmmədov barəsində təqdimatlara baxılıb.

Baş Prokurorluğun təqdimatlarına Binəqədi rayon Məhkəməsində baxılıb, məhkəmə təqdimatları təmin edib. Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb. Artıq bəzi təqsirləndirilən şəxslərə qarşı Məhkəmə tərəfindən qiyabi hökm çıxarılıb. Belə ki, Azərbaycanın Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən, hazırda xaricdə yaşayan Qabil Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Qabil Məmmədova 16 il həbs verilib. Qeyd edək ki, Qabil Məmmədova qarşı Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanıb.

Qeyd edək ki, iş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Azərbaycan Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycanın hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

Antimilli ünsürlər yaşadıqları ölkələrin polis bölmələrinə çağırılırlar

Söz yox ki, İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Orxan Ağayev, Qurban Məmmədov və digər xaricdəki antimilli ünsürlər də məhkəmənin qiyabi də olsa azadlıqdan məhrumetmə cəzasını alacaqlar. Qərarın icrası onların xaricdə gizlənmələri səbəbindən hələ ki, mümkün olmasa da, bir gün ağaları onlardan imtina edəcək və onlar Azərbaycanın ədliyyə orqanlarına təhvil veriləcəklər.

Görünən ondan ibarətdir ki, bəzi xarici qaranlıq dairlər, xüsusilə də Almaniya və Fransadakı Azərbaycana qarşı daim qərəzli mövqe sərgiləyən qüvvələr boyunlarında qatı cinayətkar bəslədiklərini anlamağa başlayıblar. Baxmayaraq ki, həmin cinayətkar ünsürlər uzun müddətdir ki, onların sifarişlərinin qulları olublar. Lakin artıq dünya düzənində yaşanan hüququn aliliyinə riayət olunması tələbləri onları da cəmiyyətlərin qərarlarına boyun əyməyə məcbur edir. Ona görə də, bəzi xaricdəki antimilli ünsürlər müvəqqəti yaşadıqları şəhərlərin polis bölmələrinə çağırılırlar. Polis bölməsində onlar ciddi şəkildə sorğu-sual edilir və yaşadıqları yerləri tərk etməmələri haqqında dillərindən yazılı iltizam alırlar. Bəzi xaricdəki söyüş müxalifətinin təmsilçiləri olan antimilli ünsürlərin Azərbaycanın tanınmış insanlarından, iş adamlarından şantaj yolu ilə pul almalarına dair sübut və dəlilləri araşdırmaq üçün Almaniya və Fransa prokurorluq orqanları cinayət işləri qaldırıb. Cinayət işlərində adları keçən ünsürlər istintaqa cəlb olunublar.

Trol Sadıqlı və İmaməddin Əlimanov sosial şəbəkə hesablarında yazdıqları statuslarında polisə çağırıldıqlarını etiraf ediblər. Qeyd ediblər ki, Azərbaycan hakimiyyəti Avropada olan bəzi ünsürlərin, o cümlədən İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Orxan Ağayev, Qurban Məmmədov və digərlərinin şantaj yolu ilə Azərbaycanın tanınmış şəxslərindən pul aldıqları barədə sübutları Almaniya, Fransa və digər ölkələrin hüquq-mühafizə orqanlarına təqdim edib”.

Əli Kərimli və İsa Qəmbər narahatdırlar

Bu arada diqqətçəkən məqam ondan ibarətdir ki, xaricdəki antimilli ünsürlərin həbs olunmalarının daha real olduğunu anlayan Azərbaycandakı dağıdıcı müxalifətin məxluqları narahat olmağa başlayıblar. Xüsusi ilə də AXCP sədri Əli Kərimli, Müsavatın keçmiş və indiki başqanları İsa Qəmbər və Arif Hacılı xaricdəki ünsürlərin həbs olunmaları ilə bağlı ziddiyyətli fikirlər səsləndirməyə başlayıblar. Əli Kərimli xaricdəki şərikləri haqqında həbs qərarının arzuolunan olmadığını bildirib. Qeyd edib ki, yaxşı olardı ki, onlar Azərbaycan gətirildikdən sonra məhkəmə prosesi keçirilsin.

Müsavat və AXCP liderlərinin qeyr-ciddi, anormal fikirlər səsləndirmələri onu deməyə əsas verir ki, Əli Kərimli, İsa Qəmbər və digərləri xaricdəki ünsürlərin həbs olunaraq Azərbaycana gətirilməsindən ciddi təşviş keçirirlər. Çünki Bakıya gətiriləcək Trol Sadıqlı, Qabil Məmmədov və digərləri AXCP, Müsavat kimi dağıdıcı siyasi partiyalarla geniş əməkdaşlıq əlaqələrinə malik olduqlarını dilə gətirəcəklər. Həm də maliyyə yardımlarının bölüşdürülməsində Əli Kərimli və İsa Qəmbərlə müəyyən pay bölgüsünə malik olduqlarını bildirəcəklər. Nəzərə almaq lazımdır ki, özünü “siyasi mühacir” hesab edən “Azad söz” “YouTube” kanalının rəhbəri Tural Sadıqlı Müsavat partiyasının, “işğal olunan ərazilərdən bir qarış torpaq alınsa qulağımı kəsməsəm kişi deyiləm” deyən Qabil Məmmədov AXCP-nin fəal üzvləridir. Zaman-zaman onlar Müsavatı və AXCP-nin təbliğatçıları rolunda çıxış ediblər. Hətta A.Hacılı Avropaya səfəri zamanı Trol Sadıqlı ilə təkbətək görüşüb, müəyyən gizli söhbətlər aparmışdır. Bu görüş Müsavat Divanının üzvləri tərəfindən narazılıqla qarşılanmışdır. Çünki bu, o T.Sadıqlıdır ki, illər öncə Müsavat Partiyasının Divan üzvü Fərəc Kərimlinin həbsində fəal rol oynayıb. F. Kərimli vəkili vasitəsi ilə bildirmişdir ki, partiyadaşı T.Sadıqlının məlumatları əsasında o həbs olunub. Buna baxmayaq A.Hacılı T.Sadıqlı ilə əməkdaşlıq əlaqələrini davam etdirir. Çünki onun vasitəi ilə Avropa mərkəzləri ilə əlaqələr qurulur və maliyyə yardımları alınır. Eyni ilə Ə.Kərimli də Q.Məmmədovla geniş əlaqələrə malikdir. Bəzi hallarda Q.Məmmədova məlumatlar göndərir, o da öz növbəsində həmin dezinformasiya xarakterli məlumatları sosial şəbəkələrdə paylaşır. Əminliklə demək olar ki, çox yaxın vaxtlarda T.Sadıqlı, Q.Məmmədov və digərləri həbs olunaraq Azərbaycana gətiriləcək və beləliklə AXCP, Müsavat liderlərinin müəyyən qaranlıq iş fəaliyyətlərinin üstü açılacaq.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see264

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see166

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see146

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see141

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see116

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see115

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri