Icma.az
close
up
RU
AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbs olunması onun formalaşdırdığı “beşinci kolon”un zərərsizləşdirilməsini də aktuallaşdırıb. Bu şəbəkənin təkcə dövlət strukturlarında deyil, bütövlükdə ölkənin siyasi seqmentində “osminoq” effekti ilə fəaliyyət göstərdiyi bəllidir.

2019-cu ildə Mehdiyev və komandasının əsas üzvlərinin PA-dan uzaqlaşdırılması ilə “beşinci kolon”un sıradan çıxarılması istiqamətində irəliləyişlər əldə olundu. Hazırda açılan cinayət işləri, aparılan istintaq da prosesin tərkib hissəsidir. Hərçənd, bu, “osminoq”un bir qolunun kəsilməsi kimi qəbul edilə bilər. Digər qolların uzandığı siyasi sferada da təmizləmələrə ehtiyac var. Bu kontekstdə AXCP və Müsavatın siyasi səhnədən silinməsinin gündəmə gəlməsi təsadüfi deyil. Çünki “beşinci kolon”un siyasi sferadakı əsas qollarını bu qüvvələr təşkil edir.

AXCP-Müsavat partiyalarının siyasi səhnədən uzaqlaşdırılmasını zəruri edən faktoloji və ideoloji əsaslar mövcuddur.

Faktoloji əsaslar

Ramiz Mehdiyevin siyasi müxalifətin bu qrupları – AXCP və Müsavatla gizli əməkdaşlığı artıq bəllidir. Çevriliş planı üçün hazırlanan “Dövlət şurası” adlı qurumda AXCP sədri Əli Kərimli və eyni düşərgənin digər üzvlərinin də yer alması bunu bir daha təsdiq etdi. Əslində 2019-cu ilə qədər Mehdiyev və radikal müxalifət gizli təmaslarla ölkənin siyasi gündəmini idarə edir, qarşılıqlı “pas” ötürmələri ilə həm dövlət təhlükəsizliyinə təhdidlər, həm də ideoloji boşluqlar yaradırdı. 2019-cu ildə Mehdiyev və komandasının vəzifədən uzaqlaşdırılmasından sonra radikal müxalifətin gündəmdən düşməsi bu gizli ittifaqı ifşa etdi. Mehdiyevlə gizli ittifaqda yer alan AXCP-Müsavat Şimaldan dəstək aldıqları kimi, müxtəlif kanallarla Qərbdən də dəstək alıblar. Bununla bağlı açıq mənbələrdə kifayət qədər məlumatlar mövcuddur. Faktlar göstərir ki, hər iki partiya siyasi fəaliyyəti boyunca xarici ölkələrin Azərbaycana qarşı planlarında yer alıb.

İdeoloji əsaslar

Xarici qüvvələrlə gizli və açıq əməkdaşlığa gedən AXCP-Müsavatın bu fəaliyyəti Azərbaycanda ideoloji təhlükəsizliyə ciddi təhdidlər yaradır.

- Xarici qüvvələrin maraqlarına uyğun “demokratiyanın idxalı” ilə bu qüvvələr Azərbaycanda milli maraqlara uyğun demokratiyanın inkişafına zərbə vurublar.

- Siyasi mübarizəyə radikal elementləri daxil etməklə cəmiyyətdə qarşıdurma toxumları səpirlər.

- Seçkiləri boykot etməklə sivil siyasi mübarizə elementlərini sıradan çıxarmağa çalışırlar.

Bütün bunlar AXCP və Müsavatın siyasi səhnədən silinməsini həm faktoloji, həm ideoloji əsaslar zərurətə çevirib.

Publika.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Noyabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri