Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

“AXCP, Müsavat birdəfəlik siyasi səhnədən silinməlidir”

“AXCP, Müsavat birdəfəlik siyasi səhnədən silinməlidir”

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

COVID-19 pandemiyası dünyanı təkcə tibbi və sosial sarsıntılara deyil, həm də ideoloji çökmə prosesinə sürüklədi.

Qlobal nizamın köhnə strukturları – beynəlxalq təsir şəbəkələri, maliyyə və informasiya mərkəzləri – öz mahiyyətini itirdi. Bu reallıq milli suverenliyin və ideoloji sərhədlərin qorunmasını hər bir dövlət üçün həyati vəzifəyə çevirdi.
Bu gün güclü dövlət anlayışı təkcə iqtisadi və hərbi güclə deyil, həm də ideoloji təhlükəsizlik sisteminin davamlılığı ilə ölçülür. Dövlətin ideoloji sərhədləri onun fiziki sərhədləri qədər önəmlidir. Çünki bu sərhədlər pozulduqda dövlətin kimliyi, suveren iradəsi və milli yaddaşı da təhdid altına düşür. İdeoloji təhdidin qarşısını almaq üçün dünya ölkələri zəruri tədbirlər görürlər.
ABŞ-da ideoloji sabitlik savaşı
ABŞ-ın xarici təsirlərə qarşı mübarizə təcrübəsi hələ ötən əsrin 30-cu illərindən başlayıb. Belə ki, 1938-ci ildə Foreign Agents Registration Act (FARA) qəbul edilib. Həmin akta əsasən, ABŞ ərazisində xarici dövlətlərin və ya təşkilatların maraqlarını təbliğ edən şəxslər və qurumlar qeydiyyatdan keçməyə və fəaliyyətlərini açıq şəkildə bəyan etməyə borcludurlar. 
Bundan əlavə, Federal Təhqiqat Bürosunun (FBİ) nəzdində Countering Foreign Influence Task Force adlı xüsusi bölmə fəaliyyət göstərir. Bu bölmənin seçkilərə, mediaya və sosial şəbəkələrə xarici müdaxiləni izləyir, dezinformasiya şəbəkələrini ifşa edir.
Donald Trampın hakimiyyəti dövründə isə həm ənənəvi, həm də yeni media üzərindən aparılan informasiya hücumları ABŞ-ın öz ideoloji sabitliyinə təhdid kimi daha aktual mövzuya çevrildi. Trampın “dərin dövlət”, “xarici agent şəbəkələri”, “korrupsiyaya bulaşmış institutlar”a qarşı ritorikası faktiki olaraq ideoloji mübarizə konsepsiyası — dövlətin daxilində suverenliyi bərpa cəhdidir. 
“Daxili düşmən”lə mübarizədə Türkiyə örnəyi
Türkiyə bu prosesin önündə gedən ölkələrdən biridir. Gezi parkı etirazlarından başlayaraq dövlətin sütunlarını içəridən sarsıtmaq istəyən “paralel yapı”lar və xaricdən idarə olunan media strukturları sistemli şəkildə zərərsizləşdirildi.
Son illərdə Esenyurt bələdiyyə sədri Əhməd Özərin terror təşkilatına üzv olmaq ittihamı ilə həbsi, Əkrəm İmamoğlunun casusluq ittihamı ilə istintaqının davam etməsi, eləcə də Ankara və İzmir bələdiyyələrinə qarşı hüquqi iddialar bu mübarizənin davam etdiyini göstərir. Türkiyə dövləti yaxşı anlayır ki, suverenlik yalnız xarici təhdidlərə qarşı deyil, daxili ideoloji infiltrasiyaya qarşı da qorunmalıdır.
Milli təhlükəsizliyin ideoloji dayaqları – Asiya modeli
Çin artıq bir neçə ildir ki, “kiber suverenlik” konsepsiyasını həyata keçirir. İnformasiya axınını milli təhlükəsizliyin bir hissəsi kimi qəbul edən Pekin bu sahədə sərt qaydalar tətbiq edir. Bu model ideoloji müdafiə sisteminin texnoloji təcəssümü– dövlətin informasiya və dəyərlər məkanına nəzarət gücünü artıran metod kimi qiymətləndirilir.
Mərkəzi Asiya ölkələrində də son illər ideoloji diversiya mərkəzlərinə, o cümlədən xarici təsirlərə qarşı ciddi addımlar atılır. Qazaxıstanda və Özbəkistan bu sahədə xüsusilə fərqlənir. Belə ki, Kasım Jomart-Tokayevin hakimiyyəti dövründə kadr islahatları, daha doğrusu xaricə bağlı məmurların vəzifələrindən uzaqlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Özbəkistanda isə bu mübarizənin əsas hədəfi radikal dini şəbəkələr, köhnə sovet nomenklaturasının qalıqları və Rusiyaya bağlı məmur qruplarıdır.
Aparılan kadr təmizləmələri, xarici təsir elementlərinin neytrallaşdırılması, radikal dini şəbəkələrin sıradan çıxarılması bu dövlətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu, təkcə siyasi yox, həm də ideoloji müstəqillik savaşıdır.
Cənubi Qafqazda daxili sabitliyin qorunması xətti
Gürcüstan xarici qüvvələrin təsirlərindən ən çox zərər görmüş ölkələrdən biridir. Xüsusilə də, seçkilər Gürcüstanda mütəmadi olaraq, mitinqlər və toqquşmalarla müşayiət edilir. Məhz bu təsirlərin dövlətin dayaqlarına vurduğu zərbəni minimuma endirmək üçün Gürcüstanda son illər sistemli tədbirlər görülür. “Xarici təsirlərin şəffaflaşdırılması” haqqında qanunun qəbulu buna ən ideal örnəkdir. Həmin qanunun xarici müdaxilə cəhdlərinin önünə sədd çəkdiyi üçün Gürcüstan Qərbin ciddi təzyiqlərinə məruz qaldı.
Ancaq qonşu ölkədə hakimiyyət geri addım atmır. Bir neçə gün öncə hakim “Gürcü Arzusu” partiyası Konstitusiya Məhkəməsinə 3 əsas müxalifət partiyasının fəaliyyətinin qadağan edilməsi üçün müraciət edib. 
Ermənistanda isə Paşinyan hakimiyyəti dövründə cəmiyyətdə qarışıqlıq yaratmaq istəyən qüvvələrə qarşı daha radikal addımlar atılır. Paşinyan Rusiya ilə bağlı oliqarxların həbsi, kilsənin siyasi təsirinin məhdudlaşdırılması kimi addımlarla daxili sabitliyi qorumağa çalışır. Bu, həm də ideoloji nəzarətin bərpası deməkdir. 
Azərbaycanda daxili sabitliyə təhdid yaradan ünsürlər 
Azərbaycan bu mürəkkəb fon qarşısında daxili sabitlik və xalq-iqtidar birliyini qoruyaraq fərqli bir model nümayiş etdirir. Lakin Ramiz Mehdiyev nümunəsi bir daha göstərdi ki, dövlətin ideoloji sərhədlərinə hücumlar həm daxildən, həm də xaricdən davam edir.
Daha doğrusu, xarici qüvvələrin daxildəki - sapı özümüzdən olan baltaları hələ də fəaliyyətlərinə davam edirlər. Söhbət uzun illərdir Ramiz Mehdiyevin ssenarisi əsasında “mitinq taktikası”nı seçmiş radikal müxalifətdən gedir.  
1993-cü ildən bəri radikal müxalifətdən — istər Rusiyadan, istər İrandan, istərsə də Qərbdən asılı qruplardan — müxtəlif adlar altında Azərbaycan dövlətinə qarşı ideoloji platforma kimi istifadə olunub. Onlar fərqli maskalar altında gizlənməyə çalışsalar da məqsəd eyni idi – dövlətin ideoloji dayaqlarını və milli birliyi sarsıtmaq.
Radikal müxalifət – Xarici qüvvələrin daxildəki oyuncaqları
Mitinq oyunun əsas aktyoru olan Əli Kərimlinin Azərbaycan dövlətinə qarşı tutduğu mövqeyi onun Qarabağ məsələsi ilə bağlı açıqlamalarından aydın şəkildə görünür. Belə ki, AXCP-nin “əbədi sədri”nin 2020-ci ildə - 44 günlük Vətən müharibəsindən əvvəl verdiyi “Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil” mesajı unudula bilməz. Bu mesaj siyasi uzaqgörənlikdən yoxsun birinin verdiyi proqnoz deyil, Əli Kərimlinin xaricdən aldığı tapşırığa uyğun səsləndirdiyi fikirlərdir. Məqsəd isə dezinformasiya yaymaqla milli birliyi sarsıtmaq idi.
Bu cür mesajların “5-ci kolon”un digər nümayəndələri - “novarçılar”, “feministlər” kimi qruplar tərəfindən verilməsi də əmrin eyni mərkəzdən gəldiyini nümayiş etdirir. Əslində, bu, ideoloji diversiyanın modern formasıdır.
Xarici maliyyə kanalları və siyasi manipulyasiya
“Ötür-ötür” oyunu ilə Müsavata başqanlıq edən İsa Qəmbərin də adı Türkiyədə İmamoğlu ilə bağlı istintaqda hallanır. Bu, həm Türkiyə, həm də Azərbaycanda xaricdən müxalifətə maliyyə axınlarının ortaq mənbələrdən idarə olunduğunu göstərir.
İmamoğlunun istintaqı çərçivəsində üzə çıxan detallar yeni olsa da, Azərbaycan müxalifətinə xaricdən maliyyə axınının olması uzun illərdir müzakirə olunan məsələdir. 1990-2000-ci illərdə radikal müxalifətin aksiyaları, təxribatları və qarşıdurmaları – bütün bunlar xaricdən maliyyələşdirilən layihələrin tərkib hissəsi idi. 
Doğrudur, bu gün mitinq taktikası artıq keçmişdə qalıb. Amma radikal müxalifətin xarici bağlantıları hələ də aktualdır. Hazırda Əli Kərimlinin övladı Britaniyada, İsa Qəmbərin oğlu Kanadada yaşayır. Hətta özünü “milliyətçi” kimi təqdim edən İsa Qəmbərin oğlu qondarma “erməni soyqırımı”nı anan paylaşım etməyi də unutmur. Bu isə artıq ideoloji xəyanətin açıq formasıdır.
Yeni mərhələ: ideoloji suverenlik üçün qəti addımlar
Bu gün ABŞ-dan Çinə qədər bir çox dövlət “5-ci kolon”lara qarşı hüquqi və siyasi tədbirlər görür. Azərbaycan da bu istiqamətdə milli təhlükəsizliyin ideoloji dayaqlarını möhkəmləndirməli, xaricdən idarə olunan və cəmiyyət daxilində parçalanma yaradan qruplara qarşı profilaktik və qəti addımlar atmalıdır.
Müasir dünyada dövlətin əsas vəzifəsi artıq təkcə sərhədləri qorumaq deyil, şüurları qorumaqdır. Çünki dövlət ideoloji sərhədlərini itirdiyi anda, o coğrafi xəritədə mövcud olsa belə, mənəvi və siyasi baxımdan müstəqil varlıq kimi yaşamaq gücünü itirir.
Milli kimliyi qorumaq: Zəruri addımlar atmağın vaxtıdır
Bugünkü beynəlxalq mühitdə Azərbaycan dövləti ideoloji sabitliyi və milli kimliyi qorumaq üçün zəruri addımlar atmalıdır. Çünki daxili və xarici anti-Azərbaycan ünsürlərin - AXCP, Müsavat, “no war” ritorikasına sığınan, feminist və ya “demokratik” maska altında çıxış edən qrupların fəaliyyəti artıq təsadüfi deyil – planlı şəkildə milli şüuru aşındırmaq məqsədi daşıyır.
Azərbaycan bu hücumlara qarşı yalnız müdafiə mövqeyində qalmamalı, proaktiv ideoloji siyasət yürütməlidir. Bunun üçün bütün təxribatçı qüvvələrin fəaliyyətinə son qoyulmalıdır. 
Lazım gələrsə, xaricdən maliyyələşən və anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən AXCP, Müsavat kimi partiyalar birdəfəlik siyasi səhnədən silinməlidir.
Hazırda dövlətlərin qarşısında duran əsas çağırış budur: ideoloji sərhədləri qorumaq, milli kimliyi sabit saxlamaq. Çünki müasir dövrdə hücumlar artıq ordularla deyil, şüur və informasiya vasitəsilə həyata keçirilir.
Azərbaycan üçün bu mübarizə — coğrafi deyil, ideoloji suverenlik uğrunda savaşdır.

Anar Tahirov, “Bizim.Media”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri