Icma.az
close
up
RU
Niyə özəl klinikalarda xidmət daha bahadır AÇIQLAMA

Niyə özəl klinikalarda xidmət daha bahadır AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Özəl xəstəxanalarda göstərilən tibbi xidmətlərin qiymətləri müxtəlif amillərin təsiri ilə formalaşır. Bu sahədə tariflər yalnız bir göstəriciyə əsaslanmır, həm tibbi xidmətin xarakteri, həm istifadə olunan avadanlıq, həm də personalın ixtisas səviyyəsi qiymət siyasətinə birbaşa təsir edir. Ümumilikdə isə qiymətlərin formalaşması həm iqtisadi, həm də təşkilati faktorların birgə nəticəsi kimi ortaya çıxır.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, özəl xəstəxanalarda qiymətlər dövlət tərəfindən tənzimlənmədiyi üçün sərbəstdir və hər kəs qiyməti öz istəyinə uyğun təyin edir:
"Bu səbəbdən Azad İstehlakçılar Birliyinə vətəndaşların lüzumsuz müayinələrə yönləndirilməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olur ki, bu da ciddi problemlərdən biridir. Sığorta məsələsi ilə bağlı narazılıqlar insanları özəl xəstəxanalara üz tutmağa vadar edir, halbuki hər bir ailənin zamanla formalaşmış, nəsildən-nəslə keçən və etibar etdiyi öz həkimi var. Lakin şəxsən mənim və digər ailələrin inandığı bu həkimlərin böyük əksəriyyəti bu sistemdən kənarda qalıb. Sanki müəyyən xəstəxanalar tanşlıq və subyektiv amillərlə sığortaya cəlb olunub. Mən təklif edirəm ki, bütün özəl xəstəxanalar icbari tibbi sığorta sisteminə daxil edilsin ki, insanlar öz tanıdıqları və orqanizmlərinə bələd olan həkimlərə rahatca müraciət edə bilsinlər".
Ekspert deyib ki, hazırda sistemdə ciddi paradoks var: 
"Sığorta çərçivəsində həkimlərə çox az pul ödənildiyi üçün onlar bu xəstəxanalarda işləmək istəmirlər, halbuki xəstəxana xəstənin sığorta hesabından böyük məbləğlər silir. Mən ömrüm boyu sosial müdafiə haqları və sığorta pulu ödəsəm də, sığorta ilə işləməyən öz həkimlərimə getdiyim üçün bu xidmətdən bir dəfə də olsun yararlana bilməmişəm, çünki sağlamlığımı təsadüfi birinə etibar edə bilmərəm. İndiki vəziyyətdə bəzi özəl xəstəxanalar özbaşınalıq edərək insanları lüzumsuz müayinələrlə bezdirir, başqa yerdə keçirilmiş yeni müayinə nəticələrini qəbul etməyərək xəstələri sövdələşdikləri müəyyən klinika və laboratoriyalara göndərirlər. Çarəsiz qalan xəstə isə zombi kimi onların bütün tələblərini yerinə yetirməli olur , - deyə ekspert bildirib.
Ekspert son olaraq qeyd edib ki, narazılıq doğuran bu hala son qoyulsa yaxşı olar.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri