Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Gül buketləri niyə bahadır? AÇIQLAMA

Gül buketləri niyə bahadır? AÇIQLAMA

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gül buketlərinin onlayn sifariş zamanı fiziki mağazalarla müqayisədə təxminən iki dəfə baha olması qiymət siyasəti və biznesin xərc strukturu ilə bağlıdır.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib. Onun sözlərinə görə, burada əsas amillər logistika, rəqəmsal reklam, çatdırılma xidmətləri, məhsulun xarab olma riski və sahibkarın mənfəət marjasıdır:

“Lakin qiymət fərqinin hamısını əlavə xərclərlə izah etmək düzgün olmaz. Bəzi hallarda bu fərq sahibkarın yüksək mənfəət marjası və bazarda formalaşan qiymət siyasəti ilə də bağlı ola bilər. Gül biznesinin əsas problemlərindən biri məhsulun tez xarab olmasıdır. Güllər xüsusi temperatur və saxlanma şəraiti tələb edir. Satılmayan məhsulun qısa müddətdə əmtəə dəyərini itirməsi sahibkar üçün birbaşa maliyyə itkisi yaradır. Onlayn sifariş zamanı isə əlavə olaraq daşınma, qablaşdırma və zədələnmə riskləri meydana çıxır. Bu risklər qiymətə təsir etsə də, onların onlayn satışa neçə faiz əlavə xərc gətirdiyini dəqiq demək üçün konkret mağazaların maya dəyəri və satış statistikası araşdırılmalıdır”. Sezar pizza

Ekspert qeyd edib ki, digər mühüm məsələ istehlakçının nəyə görə ödəniş etməsidir:

“Onlayn sifariş zamanı alıcı təkcə gül buketini almır. O, həm də vaxta qənaət, rahatlıq, müəyyən ünvana çatdırılma və xüsusi günlərdə sürətli xidmət əldə edir. Xüsusilə bayramlarda, ad günlərində və digər əlamətdar tarixlərdə vaxt amili daha böyük iqtisadi dəyər qazanır. Sahibkar da bu tələbatı nəzərə alaraq qiymətləri yüksəldə bilir. Bu, xidmət iqtisadiyyatında istehlakçının rahatlıq üçün əlavə ödəniş etməsi ilə bağlıdır. Çatdırılma tətbiqləri və rəqəmsal reklamlar da qiymət fərqinə təsir göstərir. Onlayn satış platformalarının komissiyaları, reklam büdcəsi, sifarişlərin idarə olunması və kuryer xərcləri məhsulun son qiymətinə daxil edilir. Əgər mağaza özünün çatdırılma sisteminə malik deyilsə, üçüncü tərəf xidmətlərindən istifadə əlavə xərc yaradır. Eyni zamanda rəqəmsal reklam vasitəsilə müştəri cəlb etmək üçün sərf olunan vəsait də satış qiymətinə təsir edir. Bu xərclərin səviyyəsi istifadə olunan platformadan, sifariş sayından və reklam strategiyasından asılıdır”.

“Mənim fikrimcə, burada əsas iqtisadi məsələ qiymətin hansı xərclər əsasında formalaşması və istehlakçının ödədiyi əlavə məbləğin hansı xidmətləri əhatə etməsidir. Əgər onlayn sifariş fiziki mağazadan iki dəfə baha başa gəlirsə, sahibkar bu fərqi əsaslandıran real əlavə xidmət və xərcləri təqdim etməyi bacarmalıdır. Rəqabət mühiti də burada mühüm rol oynayır. Müştərinin alternativ seçimləri nə qədər çox olarsa, əsassız yüksək qiymət tətbiq etmək imkanları bir o qədər məhdudlaşar. Nəticədə gül buketlərinin onlayn satışında qiymət artımı həm real əməliyyat xərcləri, həm də istehlakçının rahatlıq və sürətli xidmət üçün ödəməyə hazır olduğu məbləğlə formalaşır. Bu bazarda qiymət fərqinin nə qədərinin xərc, nə qədərinin mənfəət olduğunu müəyyənləşdirmək üçün fiziki və onlayn satışın ayrıca gəlir-xərc təhlili aparılmalıdır. Belə təhlil həm sahibkarın qiymət siyasətini, həm də istehlakçının ödədiyi məbləğin iqtisadi əsaslarını daha aydın göstərər”.

Cəlalə Cəlalqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Oktyabr 2026 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see252

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see249

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see245

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see243

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see238

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see231

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see227

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see223

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see218

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see205

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see200

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see196

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see194

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see192

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see191

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see179

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see175

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see174

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri