Icma.az
close
up
RU
Niyə Qrenlandiya xəritədə Afrika qədər böyük görünür?

Niyə Qrenlandiya xəritədə Afrika qədər böyük görünür?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya xəritəsinə baxdıqda Qrenlandiyanın nəhəng ölçüsü diqqəti cəlb edir. Demək olar ki, bütün Afrika qitəsi qədər yer tutan bu ada əslində coğrafi illüziyanın ən məşhur nümunələrindən biridir. Reallıqda Afrikanın yalnız 1/14-də biri qədər sahəyə malik olan Qrenlandiyanın bu qədər "şişirdilmiş” görünməsi üçölçülü Yer kürəsini ikiölçülü kağıza köçürmək cəhdinin nəticəsidir.

Qaynarinfo xəbər verir ki, kürə formasında olan Yeri düz səthə səhvsiz əks etdirmək texniki baxımdan mümkün olmadığından, xəritəçilər əsrlərboyu müəyyən bölgələri ya uzatmaq, ya da sıxmaq məcburiyyətində qalıblar.

Bu gün geniş istifadə olunan xəritələrin əksəriyyəti 1569-cu ildə Gerardus Merkator tərəfindən hazırlanmış "Merkator proyeksiyası”na əsaslanır. Bu üsulda Yer kürəsi sanki silindrin içində yerləşirmiş kimi təsəvvür edilir və hər bir nöqtə həmin silindrin səthinə köçürülür. Dənizçilər üçün böyük üstünlük yaradan bu sistem gəmilərin marşrutlarını düz xətlər üzrə hesablamağa imkan verir.

Lakin bu praktik yanaşma ciddi vizual təhriflərə də səbəb olur. Ekvator xəttindən qütblərə doğru irəlilədikcə materiklərin ölçüləri reallıqdan kənar şəkildə böyüyür. Təxminən 2,1 milyon kvadrat kilometr sahəsi olan Qrenlandiyanın 30 milyon kvadrat kilometrdən artıq əraziyə malik Afrika ilə eyni ölçüdə görünməsinin əsas səbəbi də məhz budur.

Mükəmməl xəritə axtarışı: ikitərəfli yanaşma

Alimlər uzun illərdir mümkün olan ən az xətalı xəritəni yaratmaq üzərində çalışırlar. Princeton Universitetinin astrofizika professoru Riçard Qott bildirir ki, heç bir xəritə eyni anda bütün göstəriciləri mükəmməl şəkildə əks etdirə bilməz. Bir xəritə məsafələri düzgün göstərirsə, formalar təhrif olunur; sahələri düzgün əks etdirirsə, bu dəfə qitələr arasında həddindən artıq boşluqlar yaranır.

Bu problemi aradan qaldırmaq üçün Qott və komandası qeyri-ənənəvi yanaşma seçərək "ikitərəfli” düz xəritə hazırlayıb. Köhnə vinil plastinkaya bənzəyən bu xəritənin bir üzündə Şimal yarımkürə, digər üzündə isə Cənub yarımkürə təsvir olunur.

Yeni dizaynda ekvator xəritənin kənar xətti rolunu oynayır və quru sahələr bir üzdən digərinə fasiləsiz şəkildə uzanır. Məsafə ölçmələrində ən aşağı səhv payına malik olduğu bildirilən bu model, düz kağız üzərində Yer kürəsinə ən yaxın təcrübəni təqdim etməyi hədəfləyir. Professor Qott Yer kürəsini tam görmək üçün adətən qlobusu çevirmək lazım gəldiyini, bu xəritədə isə sadəcə kağızı çevirməyin kifayət etdiyini deyir.

Xəritələrin bu təəccüblü dünyasını kəşf etməyin ən maraqlı yollarından biri interaktiv alətlərdən istifadə etməkdir. "The True Size Of…” kimi tətbiqlər ölkələri ekvatora doğru sürüşdürməyə imkan verərək onların real ölçülərini nümayiş etdirir. Qrenlandiyanı qütb bölgəsindən götürüb Afrikanın üzərinə yerləşdirdikdə, əslində nə qədər kiçik qaldığını görmək bir çoxları üçün sarsıdıcı təcrübəyə çevrilir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:494
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Yanvar 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri