Icma.az
close
up
RU
“Niyə Rusiyanın rəsmi şəxsləri susur, təbliğatçıları bizi hədələyir?” Tofiq Zülfüqarovdan AÇIQLAMA

“Niyə Rusiyanın rəsmi şəxsləri susur, təbliğatçıları bizi hədələyir?” Tofiq Zülfüqarovdan AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Rusiyat təbliğat ruporları Azərbaycanla münasibətlərdəki böhranın əsasında duran səbəbləri səsləndirmirlər“.
Demokrat.az bildirir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qonşu ölkədən Azərbaycanın ünvanına səslənən təhdidləri şərh edərkən qeyd edib.
Onun sözlərinə görə, rus təbliğatçılarının “Rusiya Cənubi Qafqazdan sıxışdırılır” hay-küyü əsassızdır: “Sual yaranır – kim sıxışdırır? Azərbaycan? Təbii ki, yox. Çünki onun ərazisində “sıxışdıracağı” kimsə yoxdur. Ermənistandan fərqli olaraq bizim Rusiya ilə birgə nə hərbi bazamız, nə sərhədçilərimiz, nə birgə hava hücumundan müdafiə sistemimiz var. Heç bu məsələ ilə bağlı rəsmi açıqlama da verilməyib. O zaman rus təbliğatçıları niyə bizi hədələyir?”
Sabiq nazir səsləndirilən daha bir tezisə toxunub. Yayılan digər tezisdə isə vurğulanır ki, “Azərbaycanda Rusiya ilə sərhəddə NATO-nun hərbi bazası yaradılır”: “Tamamilə məntiqsiz və gecikmiş ittihamdır. Hamıya məlumdur ki, 90-cı illərin əvvəllərindən Rusiya Ermənistanın rəsmi və hüquqi cəhətdən rəsmiləşdirilmiş hərbi müttəfiqi olub. Azərbaycan təhdidləri neytrallaşdırmaq üçün Türkiyənin hərbi müttəfiqinə çevrilib. Bu müddəa çoxlu sayda ikitərəfli sənədlərdə, o cümlədən “Şuşa Bəyannaməsi”ndə öz əksini tapıb. Rusiya bunu bilirdi. Hətta Rusiya prezidenti də bununla bağlı bəyan etdi ki, Azərbaycanın suveren seçimi SSRİ-nin dağılmasının nəticəsidir. Bu o deməkdir ki, Rusiya rəhbərliyi Azərbaycanla Strateji Qarşılıqlı Fəaliyyət Bəyannaməsini imzalayarkən NATO üzvü olan ölkə ilə müdafiə alyansı yaratmağı buna maneə hesab etməyib. Bəs indi niyə belə isterika var?”-deyə T.Zülfüqarov sual edib.
“Nə üçün anti-azərbaycan kampaniyasında xarici siyasət sahəsində bəyanatlar vermək səlahiyyəti verilmiş Rusiyanın rəsmi strukturları iştirak etmirlər? Niyə bu təzyiqlər təhlükəsizlik qurumları və iqtidar təbliğatçıları səviyyəsində baş verir?  Belə çıxır ki, “Kreml qüllələri” bu məsələdə həmrəy deyillər. Yoxsa onlara “müxtəlif Putinlər” göstəriş verir?”- deyə sabiq nazir vurğulayıb.
Sabiq nazirin fikrincə, bir sıra məqamlar belə qənaətə gəlməyə əsas verir ki, təzyiq kampaniyası kölgədə qalan strukturlar vasitəsilə ölkəmizdə ictimaiyyətin yüksək səviyyədə konsolidasiyasını pozmaq məqsədi daşıyır: “Azərbaycanın da taktiki xətti müəyyənləşib – bizə qarşı hər hücuma, güzgü effekti” ilə əks-hücumla cavab verəcəyik. Rusiya tərəfi bundan bezənə qədər…”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Avqust 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri