Icma.az
close
up
RU
Niyə yaş artdıqca vaxt qısalır, illər sürətlə keçir?

Niyə yaş artdıqca vaxt qısalır, illər sürətlə keçir?

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

“Bunun cavabı beynimizin işləmə xüsusiyyətlərində və zaman qavrayışının incəliklərində gizlənir…”

Yaşlandıqca zaman niyə “sürətlənir”?

Bu, sadəcə subyektiv hissdir, yoxsa fizioloji reallıqdır? Onun amansız axınını ləngitmək mümkündürmü?

AzPost xəbər verir ki, bu suallara “almaty.tv” nəşri cavab tapmağa çalışıb.

Hər birimizə bu qəribə hiss tanışdır: yaşlandıqca günlər, aylar, illər sanki ildırım sürəti ilə ötüb keçir. Halbuki uşaqlıqda zaman çox ləng gedib, bir gün hətta sonsuz görünüb. Bəs niyə belə olur? Bunun cavabı beynimizin işləmə xüsusiyyətlərində və zaman qavrayışımızın incəliklərində gizlənir.

Beyin zamanı necə qiymətləndirir?

Bütün məsələ ondadır ki, beyin zamanı artıq yaşanmış illərlə müqayisə edərək ölçür. Beş yaşlı bir uşaq üçün bir il onun həyatının beşdə birini təşkil edir,  yəni bu, onun üçün böyük bir müddətdir.

Halbuki 50 yaşlı bir insan üçün bir il cəmi 2 faizə bərabərdir. Buna görə də uşaqlıqda zaman uzanmış kimi görünür, yetkinlikdə isə o, qarşısıalınmaz şəkildə ötüb keçir.

Yenilik amili də zaman qavrayışımızda əsas rol oynayır. İnsan yeni bir şeylə qarşılaşanda, beyin onu təhlil etmək və yadda saxlamaq üçün daha çox enerji sərf edir və bu da daha detallı xatirələrin yaranmasına səbəb olur.

Məsələn, səyahətin ilk günləri adətən çox uzun və dolğun hiss olunur, amma tətildə son günlər zaman sürətlə keçməyə başlayır. Ya da universitetdə ilk dərs günlərini xatırlayın, yeni fənlər, mühazirələr sonsuz görünür, çünki beynimiz bol məlumatla işləyir.

Elm sübut edir ki, zaman qavrayışı beynin müəyyən hissələri, o cümlədən prefrontal qabıq və bazal qanqliyalar ilə əlaqəlidir. Yaş artdıqca sinir əlaqələri güclənir, tanış hadisələrin emalı isə daha avtomatik və sürətli olur. Bu da zamanın sürətlənməsi illüziyasını yaradır.

Zamanın axınını ləngitmək mümkündürmü?

Beynin zaman qavrayışı mexanizmlərini başa düşməklə, onun üzərində müəyyən dərəcədə nəzarət əldə edə bilərik. Məsələn, həyatı yeni təcrübələrlə doldurmaq subyektiv zaman axınını ləngidə bilər. Yeni dil öyrənmək, səyahət etmək, fərqli bacarıqlara yiyələnmək- bütün bunlar beyində daha çox və detallı xatirələr yaradaraq zamanın daha “uzun” hiss olunmasına səbəb olur. Başqa bir üsul isə şüurlu yaşamağı öyrənməkdir. İnsan indiki anın dadını çıxaranda, beyin bu hadisəni uzunmüddətli yaddaş kimi emal edir. Bu da zamanın daha dolğun və parlaq hiss olunmasına kömək edir.

Maraqlıdır ki, zamanın subyektiv sürətlənməsinə baxmayaraq, yaşlı insanlar bəzən keçmiş anları daha dərin və əhatəli şəkildə qavradıqlarını qeyd edir. Bunun səbəbi isə onların zəngin həyat təcrübəsi və anları dəyərləndirmək bacarığıdır.

Nəticə olaraq, zamanın yaşla birlikdə sürətlənməsi beynimizin işləmə xüsusiyyətləri ilə bağlıdır. Lakin biz bunun qarşısını ala bilərik: gündəlik vərdişlərimizi dəyişmək, yeni şeylər öyrənmək və anı dərk edərək yaşamaq bizə uşaqlıq illərindəki kimi hər günü daha uzun və dolğun hiss etməyə kömək edə bilər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri