Nizami rayonunda YAP ın təsis olunmasının 33 cü ildönümü qeyd edilib
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Nizami rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb. əziz xatirəsini dərin ehtiramla yad ediblər.Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra partiyanın təsis olunmasının 33-cü ildönümü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə “91-lər”dən, YAP Veteranlar Şurasının üzvü, Türk Ağsaqqalları İctimai Birliyinin sədri, professor Südeyf İmamverdiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, “91-lər”dən, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Belə bir ağır dövrdə Azərbaycanın taleyini düşünən insanlar – ölkəmizin ən yeni tarixinə “91-lər” kimi düşmüş ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevə müraciət etdilər. Ümummilli Liderimiz Heydər Əliyev bu müraciəti qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin süni maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təsis konfransını orada keçirməyə nail oldular. Beləliklə, müstəqil dövlətçilik tariximizdə böyük missiyanı yerinə yetirən və xalqımızın taleyində mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib.Diqqətə çatdırılıb ki, partiyanın keçdiyi 33 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının siyasi-ideoloji fəaliyyətinin, dövlət siyasətinin təbliğinə, rayon təşkilatının sosial mediada ictimai maarifləndirmə işinin təşkilinə, gənclərlə bağlı tədbir və layihələrinin reallaşdırılmasına, onların milli vətənpərvər və Azərbaycançılıq ruhunda yetişdirilməsi işinə verdiyi töhfələrə, eləcə də rayon təşkilatının siyasi və ictimai işlərində aktiv iştirakına görə ərazi partiya təşkilatları, bir qrup şəxs təltif edilib, eləcə də rayon təşkilatının könüllülük layihəsinin növbəti məzunlarına sertifikatlar, partiyaya qəbul edilənlərə isə vəsiqələri təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 18 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















