Icma.az
close
up
RU
YAP İmişli rayon təşkilatının təsis edilməsinin 33 cü ildönümü qeyd olunub

YAP İmişli rayon təşkilatının təsis edilməsinin 33 cü ildönümü qeyd olunub

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyulun 3-də Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Milli Məclisin deputatı  Səyyad Aran, YAP Gənclər Birliyinin sədr müavini, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və çoxsaylı partiya üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də vəfat etmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixini, keçdiyi inkişaf yolunu və qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək rayon təşkilatının ötən illər ərzində həyata keçirdiyi fəaliyyət, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, əlamətdar gün münasibətilə bütün partiya üzvlərini təbrik edib, onlara möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətlərində uğurlar və dövlətimizin inkişafı naminə yeni nailiyyətlər arzulayıb.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının qısa müddətdə ümumxalq partiyasına çevrilməsinin əsas səbəbi xalqın Ümummilli Lider Heydər Əliyevə olan sonsuz etimadı və sevgisi idi. O qeyd edib ki, xalq məhz Heydər Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın sabitliyini, inkişafını və gələcəyini təmin edə bilib.

Milli Məclisin deputatı Səyyad Aran çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət olduğunu bildirərək, təşkilatın keçdiyi şərəfli və məsuliyyətli inkişaf yolundan geniş bəhs edib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir, Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir. 

YAP Gənclər Birliyinin sədr müavini, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb, rayon təşkilatının fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edərək məsuliyyətli vəzifələrində uğurlar arzulayıb. 

Digər çıxış edənlər – Aydan Abışova və Mərziyyə Nəsirova Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün istiqamətlər üzrə əldə olunan inkişafdan, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatlardan, xalq-iqtidar birliyinin Azərbaycanın tarixi Zəfərinin əsas amillərindən biri olmasından danışıblar.

Tədbir çərçivəsində  YAP veteranları və ictimai-siyasi fəaliyyəti ilə fərqlənən fəal partiya üzvləri “Fəxri Fərman”larla təltif olunub, onlara xatirə hədiyyələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri