Icma.az
close
up
RU
Şamaxıda YAP ın 33 cü ildönümü qeyd olunub

Şamaxıda YAP ın 33 cü ildönümü qeyd olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şamaxı, 21 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatında partiyanın təsis olunmasının 33-cü ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq partiyanın yaradılmasının tarixi zərurətindən, keçdiyi inkişaf yolundan və bu gün ölkəmizin siyasi həyatında oynadığı mühüm rolundan söz açıb. Sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov YAP-ın ölkəmizin siyasi həyatında misilsiz rolunu vurğulayıb. Natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsininin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatların icrasında Yeni Azərbaycan Partiyası hər zaman dövlətçilik maraqlarının təmin olunmasında, milli inkişaf strategiyasının uğurla reallaşdırılmasında aparıcı qüvvə kimi çıxış edir.

Daha sonra çıxış edənlər partiya veteranı Bəxtiyar Abbasov, Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin möhkəmlənməsində, milli həmrəyliyin gücləndirilməsində və ölkəmizin davamlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Tədbirin sonunda partiyanın fəallığı ilə seçilən bir qrup üzvü fəxri fərman və hədiyyələrlə təltif edilib, həmçinin Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə vəsiqələri təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri