Icma.az
close
up
RU
Nizami Səfərov: Azərbaycan tarixə qovuşan münaqişənin qalib tərəfi idi

Nizami Səfərov: Azərbaycan tarixə qovuşan münaqişənin qalib tərəfi idi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"İkinci Qarabağ müharibəsi və qısamüddətli lokal antiterror əməliyyatının nəticəsində beynəlxalq hüququ və beynəlxalq ədaləti döyüş meydanında təmin edən dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi".

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, baxmayaraq ki, Azərbaycan tarixə qovuşan münaqişənin qalib tərəfi idi, məhz ölkəmiz postmünaqişə dövründə sülh gündəliyini əsas prioritet kimi bəyan etdi:

"Vətən müharibəsi ilə işğala son qoyulduqdan sonra Azərbaycan sülhün siyasi vasitələrlə təmin edilməsinə çalışıb.

Dövlətimiz Vətən müharibəsi başa çatdıqdan dərhal sonra ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması və beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb və bəyan edib ki, həmin prinsiplərə uyğun olaraq Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazırdır.

Məhz Azərbaycanın ardıcıl səyləri nəticəsində cari ilin avqust ayının 8-də Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası baş nazirinin Vaşinqtonda keçirilən görüşünün nəticələrinə dair Birgə Bəyanat imzalandı, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən paraflandı. Ən mühüm nailiyyətlər sırasında, həmçinin ATƏT-in Minsk qrupunun və onunla bağlı strukturların 1 sentyabr tarixindən bağlanması xüsusi qeyd olunmalıdır.

Azərbaycanın əldə etdiyi qələbə və dövlətimizin uğurları, eyni zamanda, qlobal müstəvidə beynəlxalq hüququn aliliyi, fundamental ümumbəşəri prinsiplərin mütləq üstünlüyünün əyani təsdiqidir. Azərbaycanın ardıcıl səyləri nəticəsində Cənubi Qafqaz regionunun inkişafında yeni səhifə açılıb və dövlət başçısının çağırışında səsləndirdiyi kimi, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurula bilər".

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see210

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see188

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see181

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see149

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see147

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see146

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see136

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see133

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see133

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see133

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see132

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see132

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see131

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see130

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see130

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see128

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see128

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri