Icma.az
close
up
RU
Nizami Səfərov: Azərbaycan müharibə canilərini cəzalandıraraq bütöv bəşəriyyəti təmsil edir

Nizami Səfərov: Azərbaycan müharibə canilərini cəzalandıraraq bütöv bəşəriyyəti təmsil edir

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanın fundamental beynəlxalq-hüquqi öhdəliklərinə uyğun olaraq, soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə ədalət mühakiməsinin həyata keçirilməsinə rəğmən, bəzi Qərb dairələri bu məsələyə selektiv yanaşma sərgiləyir, müharibə canilərini "girov" və "hərbi əsir" kimi təqdim etməyə çalışırlar".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, beynəlxalq cinayətlərə görə cəzasızlığın aradan qaldırılması istiqamətində atılan ardıcıl addımlar birmənalı olaraq milli qanunvericilik və beynəlxalq hüquq normaları çərçivəsindədir:

"İlk növbədə vurğulamaq lazımdır ki, müharibə canilərinin təqib edilməsi Cinayət Məcəlləsində təsbit edilən ərazi və vətəndaşlıq prinsiplərinə əsaslanır. Hazırda milli məhkəmə baxışının predmeti olan cinayət əməlləri Azərbaycanın ayrılmaz tərkib hissəsi - Qarabağda baş verib və bu əməllərə münasibətdə ərazi yurisdikisyası tətbiq edilir. Digər tərəfdən, insanlıq məfhumunu sarsıdan cinayətlərin qurbanları Azərbaycan vətəndaşlarıdırlar və bu faktor öz növbəsində milli cinayət yurisdiksiyasının tətbiqi üçün legitim hüquqi bağlantı yaradır".

"İkinci mühüm məqam ondan ibarətdir ki, Azərbaycan beynəlxalq humanitar hüququn bünövrəsini təşkil edən universal müqavilələrin iştirakçısıdır və öz öhdəliklərinə ciddi formada riayət edir. 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyalarının hər birində müharibə cinayətləri törətmiş şəxslərin cinayət təqibi öhdəliyi açıq şəkildə təsbit olunub. Analoji hüquqi öhdəlik Azərbaycanın 31 may 1996-cı il tarixində qoşulduğu "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" Konvensiyanın 1-ci maddəsində əksini tapıb. BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən hazırlanan və Baş Assambleya tərəfindən qəbul olunması nəzərdə tutulan "İnsanlıq əleyhinə cinayətlərin qarşısının alınması və onların cəzalandırılması haqqında" Konvensiya layihəsinin 3-cü maddəsində bu əməllərin beynəlxalq hüquq normalarına uyğun olaraq cinayət kimi tövsif olunması və hər bir dövlət tərəfindən cəzalandırması əksini tapıb. Beynəlxalq cinayətlərin təqibi məsələsində siyasi və hüquqi riyakarlığa yol verən Qərb dairələrinə xatırlatmaq istərdim ki, BMT-nin Beynəlxalq Məhkəməsi hələ 1970-ci ildə "Barselona Trekşn" işində bəyan edib ki, soyqırımı cinayətinin qadağan edilməsindən irəli gələn öhdəliklər öz mahiyyətinə görə bütün dövlətlər üçün mütləq xarakter daşıyır və bu cür cinayətlərin təqibində bütövlükdə beynəlxalq birliyin hüquqi marağı mövcuddur", - deputat vurğulayıb.

N.Səfərov qeyd edib ki, müharibə canilərini cəzalandıraraq Azərbaycan bütöv bəşəriyyəti təmsil edir və beynəlxalq miqyasda qanunun aliliyini təmin edilməsi üçün zəruri addımları atacaq.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyun 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri