Icma.az
close
up
RU
Njdenin 1924 cü ildə Zəngəzur dəhlizi ilə bağlı proqnozu Ermənilər yaydı

Njdenin 1924 cü ildə Zəngəzur dəhlizi ilə bağlı proqnozu Ermənilər yaydı

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Erməni mediası 1920-ci ildə, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra Zəngəzurun qoparılaraq, Ermənistana verilməsi ilə bağlı baş verən proseslər ətrafında qatil, faşist Qarejin Njdeni yada salıb. Daha doğrusu, Zəngəzur dəhlizinin açılması ehtimalı qarşılığında 1924-cü ildə Njdenin “proqnozunu” yayıb.

Bakupost.az xəbər verir ki, tarixi faktlar təhrif edilib: 1920-ci ilin noyabr ayı ərzində Nəriman Nərimanova təzyiqlər və Zəngəzurun qoparılması prosesi, nəhayət, 30 noyabrda qərar verilməsi və Nərimanovun bəyanata imza atmağa məcbur edilməsi ilə “Zəngəzurun Ermənistana güzəşt edilməsi” rəsmiləşsə də, erməni mediası 1920-ci il dekabrın 25-də Tatev monastırında Zəngəzur qurultayı keçirilməsindən, “Zəngəzurun Ermənistan Respublikasına birləşməsi ehtimalı aydınlaşana qədər onun müvəqqəti müstəqil dövlət elan edilməsi”ndən bəhs edir. Həmin vaxt 100% azərbaycanlıların yaşadığı Zəngəzur-Dərələyəz əyalətlərində azərbaycanlıların kütləvi qətli və torpaqlarından qovulması prosesi davam edirdi.

Erməni mediası yazır ki, Zəngəzurun adı 1921-ci il aprelin 26-da Tatev monastırında Ümumerməni Liqasının ikinci qurultayında dəyişdirilir və “Dağlıq Ermənistan” adı ilə “müstəqil” olur, Njde isə baş nazir təyin edilir.

“Qaregin Njdenin rəhbərlik etdiyi qəhrəmanlıq mübarizəsinin böyük tarixi dəyəri var. Məhz bu müqavimət sayəsində Zəngəzur bu gün Ermənistan Respublikasının tərkibindədir”, - erməni mediası açıqca etiraf edir.

“1924-cü ildə Qahirədəki “Hüsabər” mətbəəsində Qaregin Njdenin “Gündəliyimin səhifələri” monumental əsəri nəşr olundu. “Gələcəyimiz təhlükədədir” fəslində Njde gələcəkdə qarşılaşdığımız problemləri və qarşılaşacağımız çətinlikləri təqdim edir. Parlaq diplomatik, hərbi və siyasi məntiqlə Njde 2020-ci ilin 44 günlük müharibəsindən sonra qarşılaşdığımız hər şeyi öncədən təxmin edib. Njde bu günün reallıqlarını təqdim edir:

"Xalqımız bir gün müsəlman ölkələrinin bizim üzərimizdən birləşməsinə qarşı ölüm-dirim mübarizəsi aparmağa məhkumdur. Çətin mübarizə! Xəritəni açın və nəzərinizi bugünkü Ermənistanı, Ararat vadisinin bir hissəsini və “Zəngəzur ölkəsi”ni təşkil edən kiçik məkana yönəldin. Cari sərhədlərini təşkil edən bir xətt çəkin.

Tatarlar (azərbaycanlılar – red.) Şərurda, İrəvan divarları altındadır, eynilə Naxçıvan-Ordubadda, Zəngəzur arxasında. Şərqdə isə Azərbaycan. Görürsünüzmü, erməni torpağının ətrafında dəmir halqa çəkilib. Ölkəmizin və xalqımızın özünümüdafiəsini çətinləşdirən başqa bir hal da var. Xəritəyə müraciət edin, bu, uğursuz vəziyyətə aydınlıq gətirəcək. Təhlükə yaranarsa, düşmən bir neçə saat ərzində Aleksandrapolu İrəvandan, sonuncunu isə Zəngəzurdan ayıracaq. Xəritədə sizə aşağıdakılar da göstəriləcək: İslamın (Qacarlar dövləti – indiki İran nəzərdə tutulur – red.) Araz sahilləri boyunca Azərbaycana qatılması üçün 2-3 saat vaxt lazımdır.

Eyni şeyi başqa bir xəttlə, Qarakilsə vasitəsilə etmək olar, demək olar ki, eyni vaxtda Azərbaycana qoşulmaq olar. Eyni şeyi Qafan vasitəsilə bir neçə saat ərzində etmək olar. Bir sözlə, Şərq və Qərb müsəlmançılığı erməni vilayətlərini ən azı yeddi yerdə bir-birindən saatlar ərzində ayırıb, təbii ki, erməni xalqı vasitəsi ilə birləşə bilər”, - nəşr Njdedən sitat gətirib.

Njde “Ermənistanın bədbəxt coğrafi mövqeyini və kiçik ərazisini, eləcə də erməni əhalinin az olduğuğu” nəzərə alan Njde çıxış yolu kimi silahlanmağı və qətliamları göstərir.

Asena,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri