Ermənilər Zəngəzur dəhlizi ilə bağlı təzə “versiya” tapıblar
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-la Çin arasında son günlər başlamış ticarət müharibəsi bəzi erməni dairələrində o ümidi yaradıb ki, Azərbaycanın həyata keçirmək istədiyi bir sıra qlobal layihələr reallaşmayacaq. Tribunainfo.az xəbər verir ki, həmin iddialardan birini də “Hraparak” qəzeti ortraya atıb.
Erməni nəşri yazır ki, guya, Çini Avropa ilə birləşdirən dəhlizlərə ehtiyac aradan qalxır. “Buna səbəb həmin layihələrə ABŞ rəqib olmağa başlayıb. Həmçinin ABŞ Türkiyə ilə Azərbaycanı quru yolla birləşdirən Zəngəzur dəhlizinə də qarşı çıxacaq. Ona görə ki, həmin dəhliz Çinə xidmət edir”.
Qəzet bütün bunlara rəğmən yazır ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini açmaq niyyətindən əl çəkməyəcək.
P.S. Ermənilərə tövsiyyə: Bir qərar verin. Zəngəzur dəhlizi İngiltərə və İsrailin, yoxsa Çinin layihəsidir? Çünki yarınız yazır ki, bu, İngiltərənin layihəsidir və onu həyata keçirmək istəyir. O biriniz də yazırsız ki, guya, Çinə bağlıdır. Bir fikrə gəlin.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 12 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















