Zəngəzur dəhlizindən keçən azərbaycanlıları ermənilər yoxlayacq?
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
“Vardan Oskanyan soruşur ki, niyə biz TRIPP-də (başqa adı Zəngəzur dəhlizir-red.) ən azı 50% pay almırıq?
Onlar strateji əhəmiyyətli aktivlərimizi "əmlak borcu müqabilində" başqa bir dövlətə təhvil verəndə niyə 100% pay almışdılar? Bunu izah edə bilərsinizmi?”
“Cebheinfo.az” xəbər verir ki, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bunu 19 yanvarda parlamentdə jurnalistlərlə söhbətində bildirib.
"Əslində suverenlik və dövlətin hər hansı bir şirkətdə iştirak faizi kəsişmir. Nəzəri olaraq, TRIPP-in 100%-i amerikalılara məxsus ola bilər, lakin bu, suverenliyimizə və ya yurisdiksiyamıza heç bir şəkildə təsir göstərməyəcək.
Ermənistan bu şirkətdə 26%, ABŞ isə 74% paya sahib olacaq, çünki ABŞ investor olacaq. Biz bu şirkətdən vergilər, eləcə də biznes mənfəətinin bir hissəsini alacağıq", - deyə Rubinyan bildirib.
Yoldan istifadə edən azərbaycanlıların erməni gömrük işçilərini görüb-görməyəcəkləri barədə suala parlament sədrinin müavini belə cavab verib:
"Sənədin dərc olunmasından sonra belə bir sual yarana bilməz. Sənəddə Ermənistanın müvafiq qurumlarının nümayəndələrinin pasport və gömrük keçid məntəqələrində fiziki olaraq iştirak edəcəyi bildirilir və bu qədər."
Xatırladaq ki, Ermənistan mətbuatında bu ölkənin sərhədçilərinin TRIPP çərçivəsində səyahət edənlərin sənədlərini fiziki olaraq yoxlamayacağı bir sistemin tətbiqi ilə bağlı məlumatlar yayılmışdı.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: Ruben Rubinyan Zəngəzur dəhlizi
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 19 Yanvar 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















