Icma.az
close
up
RU
Nobel Sülh Mükafatı verilmədi, Tramp qəzəbləndi: Avropaya sərt mesaj

Nobel Sülh Mükafatı verilmədi, Tramp qəzəbləndi: Avropaya sərt mesaj

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Norveçin Baş naziri Yonas Qar Störeyə məktub göndərib. 

Moderator.az xəbər verir ki, Qrenlandiya məsələsinə görə Avropa ilə gərginlik artarkən, ABŞ Prezidenti Tramp ərazi ilə bağlı iddiasını bir daha təkrarlayıb və Nobel Sülh Mükafatının ona verilməməsi qərarına yenidən toxunaraq artıq sülhü düşünmək məcburiyyətində olmadığını bəyan edib.

Məktubda aşağıdakı fikirlər yer alıb: “Əziz Jonas,

8 müharibəni dayandırmış olmama BAXMAYARAQ ölkənizin mənə Nobel Sülh Mükafatını verməmək qərarı fonunda artıq yalnız sülhü düşünmək öhdəliyi hiss etmirəm. Sülh hər zaman əsas amil olacaq, lakin bundan sonra Amerika Birləşmiş Ştatları üçün nəyin yaxşı və doğru olduğunu da düşünə bilərəm.

Danimarka həmin ərazini Rusiya və ya Çindən qoruya bilməz və ümumiyyətlə niyə ‘mülkiyyət hüququna’ sahib olmalıdır ki? Yazılı heç bir sənəd yoxdur, sadəcə yüz illər əvvəl ora bir qayığın yan alması faktı var. Bizim də ora yan alan qayıqlarımız olub.

NATO-nun qurulduğu gündən bu yana NATO üçün hər kəsdən daha çox iş görmüşəm və artıq NATO da Amerika Birləşmiş Ştatları üçün nəsə etməlidir.

Qrenlandiya üzərində tam və mütləq nəzarətimiz olmadığı müddətcə dünya təhlükəsiz deyil.”

Qeyd edək ki, ABŞ-nin Venesuelaya qarşı keçirdiyi əməliyyatdan sonra ötən həftə Ağ Evə gedən Venesuela müxalifət lideri Mariya Korina Maçado Donald Trampa Nobel Sülh Mükafatının medalını təqdim edib. Bu hadisə Vaşinqtonda və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.  Maçadonun bu jestindən sonra Nobel Fondu sərt açıqlama yayıb. Açıqlamada Nobel Sülh Mükafatının yalnız “bəşəriyyətə ən böyük töhfə verən şəxslərə” təqdim edildiyi vurğulanıb. Mükafatın simvolik olaraq belə, verilməsi və ya paylaşılmasının mümkün olmadığı bildirilib. Bu açıqlamadan sonra bu gün Trampdan məktub gəlib. Sözügedən bəyanat Maçadonun addımına dolayı tənqid kimi dəyərləndirilib. PBS News-un məlumatına görə, Norveçin Baş naziri Jonas Qar Störeyə ünvanlanan məktub Vaşinqtonda Milli Təhlükəsizlik Şurasının əməkdaşları tərəfindən bir çox Avropa ölkələrinin səfirlərinə də çatdırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Yanvar 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri