Icma.az
close
up
RU
Norm şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb

Norm şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

(®) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində “Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse təqdimatla çıxış edib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sement istehsalçılarının dayanıqlı şəhərlərin inşasında rolundan bəhs edən Henning Sasse, istehsal zamanı xammal istifadəsinə məsuliyyətli yanaşmanın əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu gün Norm şirkətinin istehsal zamanı istifadə etdiyi xammalın təxminən 80%-i ikinci dərəcəli xammaldır. Xüsusilə, daş istehsalı fəaliyyətindən əmələ gələn tullantı əhəngdaşı sement istehsalında mühüm xammal kimi istifadə olunur.

Henning Sasse vurğulayıb ki, ikinci dərəcəli xammalın uzunmüddətli təmin edilməsi sənayenin dayanıqlı inkişafı üçün vacibdir. Bu kontekstdə, Norm Sement zavodunun əhəngdaşı tullantılarına uzunmüddətli əlçatanlığının olmasının, ən yaxşı halda, 50 ilə qədər müddətdə ehtiyat və təchizatın mövcudluğunun əhəmiyyətini qeyd edib. O, bildirib ki, dayanıqlı şəhərsalmanın əsas şərtlərindən biri istehsal proseslərinin dairəvi iqtisadiyyatı dəstəkləməsini təmin etməkdir.

Bundan əlavə, o, sement sənayesində alternativ yanacaqların istifadəsinin artırılmasının vacibliyindən danışıb. Bu yanacaqların hazırda istehsal zamanı istifadə olunan təbii qazı qismən əvəz edə biləcəyindən, bunun da Azərbaycanın həmin qaz ehtiyatlarını ölkə daxilində, yaxud ixrac və digər məqsədlər üçün istifadə etməsinə imkan verəcəyindən bəhs edib. Bu baxımdan, Norm və bütövlükdə sement sənayesinin alternativ yanacaqlardan istifadəsinin sement istehsalçılarına fayda verməklə yanaşı,  Azərbaycan iqtisadiyyatına töhfə verəcəyini bildirib.

O, əlavə edib ki, sement sektorundakı innovasiyalar və əldə edilən irəliləyişlər bu yanaşmanın tətbiqini genişləndirir: “Norm məhsulları dayanıqlı inkişafı dəstəkləyir. Beynəlxalq təcrübəyə uyğun olaraq biz CO2 emissiyaları aşağı olan sement və beton məhsullarını bazara təqdim etməyə artıq başlamışıq. Məhsullarla yanaşı, biz inşaat tərəfində də müəyyən işlər görürük, memarlarla əməkdaşlıq etməklə və beynəlxalq standartları qəbul etməklə, şəhərlərin dayanıqlı inşası üçün addımlar atırıq.”

Henning Sasse, çıxışının sonunda, qoyulan hədəflərə çatmaq üçün digər lazımi amilləri, eləcə də qanunvericilik, siyasət və standartlara olan ehtiyacı da vurğulayıb.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://marja.az
archiveBu xəbər 15 May 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri