Icma.az
close
up
RU
Normadan artıq şəkər və duz istehlakı orqanizm üçün zərərlidir

Normadan artıq şəkər və duz istehlakı orqanizm üçün zərərlidir

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Gündəlik həyatda qədərində istifadə edilən duz, şəkər və un orqanizm üçün vacibdir. Lakin həmin məhsullardan çox istifadə olunması isə kifayət qədər ciddi xəstəliklərin başlanğıcı ola bilər.

Bu barədə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Missiya.Az-a danışıb.

"Kimyəvi qatqı maddələri birbaşa olaraq orqanizmdə daxili orqanların funksiyasını pozur. Belə maddələr orqanizm tərəfindən tanınmadığından asanlıqla həzm oluna bilmir və müəyyən müddət yığılıb qalaraq zərər verir. Bu gün bu qidaları daha çox üç ağ zəhər adlandırırlar. Eləcə də, bu sıraya gündəlik istifadə olunan yağları daxil edə bilərik. Onlara da müəyyən müdaxilələr var ki, daha ucuz başa gəlsin".

Mütəxəssis qeyd edib ki, əgər məhsullar keyfiyyətlidirsə, gündəlik müəyyən miqdarda orqanizmə qəbulu vacibdir. Belə ki, əgər biz şəkərdən danışırıqsa, gün ərzində kişilər 30-35 qrama yaxın, qadınlar 20-25 qram şəkər qəbul etməlidir. Yaxud duzu 25 qramadək qəbul etməyimiz vacibdir. Undan danışırıqsa, un da gün ərzində karbohidrat şəklində gündəlik fiziki aktivliyimiz və yaşımıza görə təyin olunur, bu da gündəlik qəbul edəcəyimiz enerji miqdarının ən azı üçdə birini təşkil etməlidir.

"Amma keyfiyyətli qidaların belə normadan artıq qəbulu müəyyən xəstəliklərə gətirir. Həddindən artıq şəkər qəbul etdikdə, qan şəkərində dalğalanmalar baş verir ki, bu da şəkərin yüksəlməsi, sonra aşağı düşməsi, acılıq hissi yaranması və yaxud həddindən artıq çox qida qəbulu kimi orqanizmə zərər verə bilir. Eyni zamanda ürək-damar xəstəliklərinə səbəb olur və diş çürüməsinə gətirib çıxardır.

Həddindən artıq duz qəbul edən insanlarda yüksək qan təzyiqi, hipertoniya yaranır və eyni zamanda da böyrək xəstəlikləri ortaya çıxır. Duz eyni zamanda insanlarda ürəkdamar xəstəlikləri əmələ gətirir. Xüsusilə də xroniki xəstəliyi olanlarda, yaxud yaşlılarda insult riski olur ki, buna da mütləq şəkildə diqqət etmək lazımdır. Keyfiyyətsiz yağlardan daha çox qəbul edənlər və yaxud da keyfiyyətli yağı daha çox qızardaraq trans yağa çevirib qəbul edən insanlarda da qəfil ürək tutmaları, xolesterinin yüksəlməsi və eyni zamanda da piylənmə, artıq çəki yaranır".

Məhsəti Hüseynovanın sözlərinə görə, Azərbaycanda daha çox uşaqlarda, gənclərdə obezitəyə meyillik, pilənmə özünü göstərir və yaxud da düzgün şəkildə vitamin-minerallı qidalar qəbul etməyən gənclərdə, yeniyetmələrdə inkişafdan geri qalma ortaya çıxır. Bugün gündəlik həyat rejiminə görə bəzən daha çox "fast-food" qidalara və onun yanında da qazlı, rəngli içkilərə üstünlük verirlər. Onların tərkibində zərərli monosodium glutamat və yaxud mononatrium glutamat maddəsi var. Eyni zamanda da qazlı rəngli içkilərin tərkibində istifadə olunan natrium benzoat maddəsi var ki, bu maddə birbaşa olaraq gənclik və yeniyetməlik dövründə əqli inkişafdan geri qalma, diqqət dağınıqlığı və çox yuxusuzluğa gətirib çıxarır.

"Ona görə yaxşı olar ki, ənənəvi milli mətbəximizin yeməklərinə üstünlük verilsin. Gündəlik şəkər olaraq quru meyvələrdən istifadə olunması, eyni zamanda evdə keyfiyyətli şəkildə hazırlanmış meyvə cemləri və yaxud da xurmadan hazırlanan şirniyyatlar var ki, bunlar digər süni şəkildə hazırlananlardan daha keyfiyyətlidir. Gündəlik yağ normasını müəyyən miqdarda keyfiyyətli kərə yağı, zeytun yağı, eləcə də bir çox çərəzlərdən əldə etmək mümkündür.  Son olaraq qeyd etməliyik ki, sağlam qidalama vərdişləri evdə formalaşdırılmaqla erkən yaşlardan başlanmalıdır". 


İlahə Qənbərli
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://missiya.az
archiveBu xəbər 30 Sentyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see313

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see227

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see226

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see225

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see201

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see158

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see155

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see153

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see152

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see149

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see140

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see138

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see138

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see137

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see136

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see134

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see133

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see132

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see131

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri