Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Normadan artıq... havalananda

Normadan artıq... havalananda

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

"У природы нет плохой погоды" ( "Təbiətdə pis hava yoxdur"). Bu mahnı ötən əsrin "durğunluq" illərinin idilliyasından... qalıb. İrina Ponarovskayanın təkrarsız ifası rejissor Eldar Ryazanovun "İşdə məhəbbət macərası" filmi ilə yaddaşlara köçdü. Üstəlik akrtisa Alisa Freydlixin inanılmaz şarmının işığında.

Doğrudan da, təbiətdə pis hava yoxdur, sadəcə, havaya pis münasibət var. Hər halda, deyəsən, tək elə bizim cəmiyyətdə.

Hava məlumatlarını dinləyib, nəzərə almaq əvəzinə, havanı hədəfə alırıq.

"İqlim dəyişib" deyirik. Ancaq, görünür, iqlimlə bərabər, ya da, ola bilsin, hətta iqlimdən əvvəl elə biz özümüz dəyişirik. Hava bir az dəyişən kimi elə hava yaradırıq ki... Elə bil bu saat dünya dağılacaq!

Xəbər lentləri "qaraxəbərçilik" moduna köklənir, sosial şəbəkələr onlayn media platformaları fəlakət proqnozları ilə dolub-daşır: "Dözülməz istilər düşəcək! ""Qar gəlir!", "Yollar buz bağlayacaq!" "Bir leysan yağacaq ki, tut ucundan göyə çıx!"

Havalar soyumağa macal tapmamış adamı həyatdan soyudur bu yersiz "hava həyəcanı". Yayda da istilər düşməmiş "yanıb- yaxılırıq".

Nə xəbərsiniz axı?! Nə olub?! Yayda isti olar, qışda soyuq. Burda heyrətlənəcək nə var ki?!

Dünyada elə yerlər var, elə yerlər! Dəşti Lut, məsələn, yayda 70 dərəcədən çox istilər görür. Oymyakonda isə qışda 70 dərəcədən çox şaxta olur.

Bunun bizə bir istisi-soyuğu yoxdur, əlbəttə; o yerlər 9başqa ölkələrdədir. Biz isə 30 dərəcə istidən, 3 dərəcə şaxtadan qorxuruq.

Əslində qınamaq da olmur; havanın 3-5 dərəcə oynaması bizə həmişə baha başa gəlir. Belə anomal havalarda qiymətlər də "oynayır"; əldə-ovucda qalan 3-5 manat da əldən çıxır. Ölkə qiymət möhtəkirlərinin çaldığı "havaya oynayır". Qışda kombi, yayda kondisioner cibimizi elə soyur ki, durduğumuz yerdə havalanırıq. İqlim anomaliyası özü ilə qiymət, tarif anomaliyası da gətirir.

Göydə Allah, yerdə statistika var; dana bilmərik. O doğrudur ki, bütün dünyada havaların həddindən artıq isti və həddindən artıq soyuq keçməsi mal və məhsulların istehsal, tədarük, saxlanma, daşıma xərclərini artırır. Bu da satış bazarlarına təsirsiz ötüşmür. Tacir də bir az insafdan kəsdimi, iş tamam...

Amma bizimkindən də soyuq, bizimkindən də isti ölkələr var. Orda da adamlar yaşayır. Heç Çadda istidən bu qədər gileylənən, Norveçdə bizdəki qədər havaya "soyuq" yanaşan yoxdur. Çox yerdə, ya da elə hər yerdə insanlar təbiəti olduğu kimi qəbul edir, uyğunlaşıb yaşayır. Biz, deyəsən, havanı özümüzə "uyğunlaşdırmaq" istəyirik.

Dövlətin, cəmiyyətin qanunlarına necə yanaşırıqsa, təbiətin də qanunlarına elə yanaşırıq. Özümüzü inandırmışıq ki, Bakıya qış yaraşmır. Ona qalsa, yay heç yaraşmır. Yaz, payız desən, külək, yağış...

Yox, Bakıya bu cür şəhər idarəçiliyi yaraşmır. Budur məsələ! Qarı-qasırğanı qarğımağın, Günəşdən küsüb, küləkdən bezməyin yeri yoxdur.

Şəhərə leysan düşür, küçələrdən "çaylar" axır. Hərəkət iflic olur, həyat dayanır. Şəhər idarəçiliyini "sel aparır". Hamı da, baxırsan, sosial mediada leysanın ucundan tutub... ucuzluğa gedir. Cəmiyyət özünün yaratdığı problemi təbiətin ayağına yazır; "normadan artıq yağış düşüb" deyirik.

Hə, normadan artıq yağış düşə bilər; bunu heç dilə gətirib demək lazım deyil. Normadan artıq yağış, qar yağa bilirsə, normadan artıq isti olursa, buna insan əvvəlcədən artıq hazır olmalıdır. Həm də "normadan artıq" hazır! Amma, gəlin, görək, məsul xidmətlər, orqanlar hazırdırmı?! Sabah elə normaya uyğun qar yağsa, yola səpiləcək duz norması varmı əlimizin altında?! Normal işləyən texnika varmı?! Yoxsa kommunal işçilərin əlindəki beli, kürəyin ümidinə qalmışıq?!

Təbiət bizə görə norma qoymayıb ki. Biz özümüzə görə yağış norması, dolu norması, qar, külək... normaları düşünüb "tapmışıq". Bir halda ki öz "normamızı" özümüz təyin edirik, onda Allahın havasına "anormal" deməyəcəyik. Gözlənilməzi həmişə gözləyəcəyik; hazırlıqlı olacağıq, vəssəlam!

Sən şəhəri düzgün tikməmisən, yolu düzgün çəkməmisən, betonu düzgün tökməmisən, buna təbiət neynəsin?! Çirkab sularının ötürücülərini doğru-düzgün quraşdırmamısansa, yağışı günahlandırmağın nə mənası var?! Buludu məhkəməyə verəcəksən?!

Göydən yerə "normadan artıq" heç nə yağmaz, əgər yerdən göyə normadan artıq heç nə göndərilməsə.

İnsan özü büdcə pullarını normadan artıq qamarlayır, körpüdən, asfaltdan, daşdan, sementdən kəsib yeyir. Boruları "dişləyib" udur. Kanalizasiyadan... Tövbə, tövbə!

Normadan yekə ev, villa, saray tikdirmək, normadan bahalı maşında gəzmək, "normadan uzaq" adalarda günəşlənmək, "normadan yuxarı" vəzifəyə getmək... Bunları etmək üçün də "normadan artıq" korrupsiyaya uğramaq! Sonra da demək ki, yağış öz normasından yayınıb, külək öz hədəqəsindən çıxıb, qar öz əndazəsindən çıxıb, şaxta öz dərəcəsini keçib... bunlar, ən azı gülməlidir.

Əgər normadan çox ağlamalı deyilsə...

Nəyin norması nə qədərdir - nə normaldır bu dünyada, nə anormaldır? Bunları qoyaq bir yana. Axı heç kim o biri dünyaya NORMADAN ARTIQ heç nə aparmayacaq...

Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri