Icma.az
close
up
RU
Normallaşma prosesində tarixi mərhələ

Normallaşma prosesində tarixi mərhələ

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Məlum olduğu kimi, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Beş saata yaxın davam edən görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə və təkbətək formatda davam edib. Görüşdə Azərbaycan tərəfdən Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, Baş nazirin müavini Mqer Qriqoryan və parlament sədrinin müavini Ruben Rubinyan iştirak ediblər.

Müzakirələr zamanı sülh prosesi ilə bağlı əsas məsələlər diqqətdə olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda vurğulanıb ki, görüşdə ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Bundan əlavə, Azərbaycan mətbuatında danışıqların ilkin nəticələri ilə bağlı qeyd olunub ki, iki ölkə liderlərinin görüşü çox konstruktiv mühitdə keçib. Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

Öz növbəsində İrəvan tərəfi də görüşün uğurlu olduğunu bəyan edib. Bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan Əbu-Dabidə keçirilmiş görüşü uğurlu hesab edir və onun sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi əsas ola biləcəyini təsdiqləyir.

Əbu-Dabi görüşü beynəlxalq müstəvidə də dəstək alıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir: "Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Bildiyiniz kimi, Prezident Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin kabinetin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi. Onlar bunun üçün nə lazımdırsa, edəcəklər. Bu dəyişməyib. Bu, "Amerikanı yenidən böyük etmək" öhdəliyinin əsas mahiyyətidir və əlbəttə ki, ətrafımızdakı dünyanın vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır".

Avropa İttifaqı (Aİ) da dəstək bəyanatı ilə çıxış edib. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələsi üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib ki, qurum iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir və Əbu-Dabi görüşü regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm addımdır: "Tərəfləri sülh sazişi layihəsinin imzalanması və ratifikasiyasına mümkün qədər tez keçməyə çağırırıq. Tərəflər istəyərlərsə, Aİ əlavə dəstək və ekspertiza təmin etməyə hazırdır".

Qeyd edək ki, iki ölkə liderləri bundan əvvəl mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısı çərçivəsində görüşüblər. Daha əvvəl də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində, yaxud üçüncü tərəfin vasitəçiliyi ilə görüşlər baş tutub. Lakin rəsmi Bakı artıq xeyli müddət idi ki, tərəflər arasında vasitəçi olmadan danışıqların aparılması tezisini irəli sürmüşdür və Əbu-Dabi görüşü bu tezisin nə dərəcədə doğru olduğunu bir daha ortaya qoydu. Birbaşa dialoqun aparılması üçüncü tərəfin öz maraqlarını diktə etməməsi, bununla da daha tez nəticə əldə etmək deməkdir. Bu mənada Əbu-Dabi formatı həm də danışıqlarda yeni bir siyasi mərhələ, tarixi addım hesab oluna bilər. Birincisi, rəsmi açıqlama da göstərdi ki, beş saata yaxın davam edən müzakirələrdə normallaşma prosesi üçün açıq qalan bütün məsələlər masada olub, çox məhsuldar, konstruktiv danışıqlar aparılıb. Digər tərəfdən, görüş məkanı da xüsusi diqqət çəkir. Bəllidir ki, BƏƏ-nin həm Azərbaycan, həm Ermənistanla yaxşı əlaqələri var. Son illər, xüsusilə Azərbaycanla BƏƏ arasında iqtisadi, investisiya əlaqələri daha da inkişaf etməkdədir, yüksək səviyyəli səfərlərin sayı artıb. Eyni zamanda, vasitəçi niyyətini ortaya qoyan bəzi dövlətlərdən fərqli olaraq BƏƏ-nin sülh danışıqlarında hansısa maraqları, qazanc niyyəti yoxdur.

Qeyd edək ki, xüsusilə son aylar Ermənistanla Azərbaycan arasında sülh prosesində bir dinamika müşahidə olunur. Azərbaycanın sülh prosesinin yekunlaşması, sazişin imzalanması ilə bağlı mövqeyi bəllidir. Yəni hazırda tam olaraq razılaşdırılmış 17 bəndlik sülh sazişi layihəsinin imzalanması üçün Azərbaycan öz tərəfindən nə lazımdırsa, onu da edib. İrəvan isə Bakının iki şərtini - Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət - yerinə yetirməlidir. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı öz öhdəliyinə əməl etməlidir. Sülh prosesində hazırda çatılan mərhələ məhz Azərbaycanın səyləri sayəsində mümkün olub. Əks halda, İrəvan prosesi uzatmaqda davam edəcəkdir. Azərbaycan liderinin qətiyyəti, güclü diplomatik məharəti sayəsində sülh gündəliyini inkişaf etdirmək, böyük bir mərhələni qət etmək mümkün olub. Bu gün yaxın regionlarda cərəyan edən hadisələr, gərginlik bir daha Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olmasının həyati vacibliyini nümayiş etdirir. Azərbaycanla Ermənistan arasında münaqişə bitib, amma dayanıqlı sülh, regionun iqtisadi inkişafı, kommunikasiyaların açılması üçün qalan məsələlər vaxt itirmədən öz həllini tapmalıdır. Bu məsələdə isə top Ermənstanın tərəfindədir.

Əbu-Dabi görüşünü şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov "525"ə deyib ki, bundan əvvəl tərəflər arasında müxtəlif görüşlər olub: "Amma ilk dəfə idi ki, Azərbaycan və Ermənistan liderləri heç bir vasitəçi olmadan geniş nümayəndə heyətləri ilə birgə bu formatda görüş keçirdilər. Görüşlər adətən hansısa beynəlxalq tədbirlər çərçivəsində baş tutub. Əbu-Dabi formatı isə ətraflı şəkildə bütün məsələrinin müzakirə olunduğu ilk görüşdür. Hesab edirəm ki, bu formatda danışıqlar nəticəyə kimi davam edəcək. Sülh sazişinin mətni tam razılaşdırıldığı üçün görüşdə saziş mətninin paraflanmasını gözləmək olardı. Paraflama odur ki, layihənin hər səhifəsi xarici işlər naziri tərəfindən imzalanır və bu o deməkdir ki, həmin mətn daha dəyişdirilə bilməz. Bu addım atıla bilərdi, amma məlumdur ki, Azərbaycanın bir sıra şərtləri var. İlk növbədə Azərbaycan Minsk qrupunun fəaliyyətinə xitam verilməsi üçün Ermənistanla birgə ATƏT-ə müraciət etmək tələbini irəli sürüb. Bu prosesə indi başlamaq lazımdır. Çünki ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası adətən ilin sonunda, dekabr ayında keçirilsə də, gündəlik əvvəlcədən formalaşdırılmağa başlayır. Qaydaya görə, müraciətin mətni razılaşdırılmalıdır ki, qərarla bağlı daha orada hansısa mübahisə yaranmasın. Bir çox məsələlər ki, adətən gündəliyə salınır, onlar mütləq şəkildə razılaşdırılır və iclasda səsvermə yolu ilə öz həllini tapır. Mətn hazır deyil, amma açıqlamada vurğulanıb ki, bütün məsələlər ardıcıllıqla davam etdirilməlidir. Düşünürəm ki, qeyri-rəsmi də olsa, müəyyən bir yol xəritəsi razılaşdırılıb ki, hansı addımlar atılacaq və məsələlər ardıcıl şəkildə öz həllini tapacaq".

R.Musabəyov əlavə edib ki, bu məqsədlə danışıqlar davam etdiriləcək: "Mütləq deyil ki, bütün görüşlər birinci şəxslərin səviyyəsində olsun. Amma əsas odur ki, proses irəli aparılsın. İndi bölgədə vəziyyət elə də ürəkaçan deyil, hesab edirəm ki, Paşinyan Avropa İttifaqından, həmçinin ABŞ-dan təlimat alıb ki, məsələni uzatmasın. Qərb orta xəttin açılması ilə ilk növbədə Mərkəzi Asiyaya yolu nəzərdə tutur. Mərkəzi Asiyaya çıxış ABŞ üçün olduqca vacibdir. Qarşı tərəfin daha manevr imkanları qalmayıb. Bundan əvvəl Paşinyan Türkiyədə səfərdə oldu. Bu, Ermənistan Baş nazirinin Türkiyəyə ilk səfəri idi, həmin tərkibdə Ruben Rubinyan da var idi. O, həm də Türkiyə ilə münasibətlərin normallaşmasında məsul nümayəndədir. Əbu-Dabi görüşündə də iştirak edirdi. Ermənistan Türkiyə ilə əlaqələr qurmaq, sərhədləri açmaq istəyir, amma bilir ki, bunun üçün Azərbaycanla prosesi başa çatdırmaq lazımdır".

Normallaşma mərhələsinin necə davam edəcəyinə gəlincə, deputat söyləyib ki, ilkin mərhələdə saziş layihəsinin paraflanması və ATƏT-ə Minsk qrupu ilə bağlı müraciət baş tutacaq. Xarici işlər nazirləri səviyyəsində bunları etmək mümkündür. ATƏT-ə müraciətlə bağlı məsələ də uzanmamalıdır: "Paralel olaraq düşünürəm ki, sülh müqaviləsinin imzalanması mütləq şəkildə tələb edir ki, Zəngəzur dəhlizinin istifadə qaydaları razılaşdırılsın, layihələndirmə aparılsın. İmzalanma bundan sonra baş verə bilər. Yeni konstitusiya vaxt aparan prosesdir, 10 ay, bir il tələb oluna bilər. Amma unutmayaq ki, sülh müqaviləsi imzalanmaqla dərhal qüvvəyə minmir. Onun ratifikasiya mərhələsi var və bu mərhələ bütün hüquqi məsələlər həllini tapandan sonra həyata keçirilə bilər. Hesab edirəm ki, Ermənistandakı seçkilərə qədər yekun sənəddən danışa bilərik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see202

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see126

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see125

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see120

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see119

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see118

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

12 İyul 2025 16:44see117

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see117

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see117

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see116

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see114

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see114

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see113

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

12 İyul 2025 15:46see113

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see112

Mahir qol vurdu, komandası darmadağına sevindi

12 İyul 2025 22:54see110

Dünyada yeni dövlət yaranır

12 İyul 2025 16:28see110

Süni intellektin köməyi ilə hamilə qaldı

12 İyul 2025 17:02see110

İsti havada arıqlamağın yolu

13 İyul 2025 01:01see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri