Icma.az
close
up
RU
KİV: Kreml ABŞ və Ukraynanın bütün səylərini pozur və heç bir güzəştə getməyə hazırlaşmır

KİV: Kreml ABŞ və Ukraynanın bütün səylərini pozur və heç bir güzəştə getməyə hazırlaşmır

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Ukraynada sülhə doğru qarşısıalınmaz impuls yaratmağa çalışır, lakin görünür ki, onun səyləri dalana dirənib — Kreml açıq şəkildə göstərib ki, heç bir güzəştə getmək niyyətində deyil. Moskva bir neçə gün davam edən, Amerika, Avropa, Rusiya və Ukrayna rəsmilərinin iştirak etdiyi diplomatik marafona baxmayaraq, tələblərinin hamısını qarşılamayan hər hansı razılaşmaya ən kiçik maraq belə göstərməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” yazır.

Kiyev və onun Avropalı tərəfdaşları ABŞ tərəfindən dəstəklənən, bir çoxlarının faktiki kapitulyasiya hesab etdiyi 28 bəndlik planı geri oturda bilsələr də, artıq uzun müddətdir ki, aydındır: Ukrayna üçün qəbulolunan hər hansı tənzimləmə Moskva tərəfindən avtomatik şəkildə rədd ediləcək.

Sülhün yaxın olub-olmadığı barədə suala Kremlin mətbuat katibi Dmitri Peskov belə cavab verib: "Buna dair danışmaq hələ tezdir”. 

Xarici işlər nazirinin müavini Sergey Ryabkov da Trampın Moskvanın guya bəzi tələblərini yumşaltmağa razılaşdığı barədə bəyanatını təkzib edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukraynanın NATO-ya üzvlüyünü istisna etməyən, ərazilərin Rusiyaya verilməsini nəzərdə tutmayan və Kremlə Ukrayna ordusunun sayını məhdudlaşdırmağa imkan verməyən istənilən planı rədd edəcək.

Bəzi tənqidçilər əmindir ki, Ukrayna rəsmiləri yaxşı anlayırlar: real sülh sazişi şansları demək olar ki, yoxdur və Kiyevin danışıqlarda iştirakı əsasən Trampın Zelenskini "sülh prosesini pozmaqda” yenidən ittiham etməməsinə xidmət edir.

"Ukraynanın Trampın sülh prosesində iştirakının mənası — özünü onun pozulmasında günahlandırmağa imkan verməməkdir. Bunu hamı başa düşür, amma elə göstərirlər ki, guya başa düşmürlər. Bu farsda iştirak etməyə məcbur olan hər kəsə ürəkdən yazığım gəlir”, — "Povernis jıvım” fondunun analitiki Nikolay Beleskov sosial şəbəkədə yazıb.

ABŞ artıq Ukraynaya birbaşa maliyyə yardımı ayırmasa da, Vaşinqton Kiyevə Rusiyanın ərazisinə uzaqmənzilli zərbələr endirməyə imkan verən həyati vacib kəşfiyyat məlumatları ilə paylaşmağa davam edir. Amerika həmçinin müttəfiqlərinə silah satır və həmin müttəfiqlər sonra bu silahları Ukraynaya ötürür, o cümlədən paytaxtın müdafiəsi üçün həyati əhəmiyyət daşıyan "Patriot” raketlərini.

Lakin yaxınlarda Ağ Ev bildirib ki, bu satışları "həmişəlik” davam etdirə bilməyəcək. Bu açıqlama belə yozulub ki, göndərişlər yaxın zamanda Zelenski razılaşmaya razılıq verməsə, dayandırıla bilər.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri