Norris 1 nömrə ilə trasa çıxmağın yaratdığı təəssüratı bölüşüb
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“McLaren”in pilotu və hazırkı dünya çempionu Lando Norris Barselona trasında keçirilən üçüncü sınaq gününü yekunlaşdırıb.
İdman.Biz xəbər verir ki, Norris trassa qayıtmağın və 1 nömrəli pilotu görməyin qeyri-real bir an olduğunu bildirib.
“Yenidən trasa qayıtmaq və avtomobildə 1 nömrəli pilotu görmək çox xoş idi, bu, mənim üçün qeyri-real bir an idi. Trekə çıxmaq bütün komanda üçün əlamətdar hadisədir, çünki avtomobilimiz yeni qaydalara əsasən trasa ilk dəfə çıxdı. Buna nail olmağımıza kömək edən hər kəsə təşəkkür edirik.
Məhsuldar və müsbət ilk gün idi. Məqsədimiz yeni avtomobil haqqında ilkin təsəvvür yaratmaq, bütün sistemləri sınaqdan keçirmək və mühəndislər üçün bəzi ilkin məlumatlar toplamaq idi. Qayda dəyişikliyi ilə hər şeyi yoluna qoymaq üçün vaxt lazımdır, amma günün belə keçməsindən məmnunam və cümə günü daha çox dövrə vurmağı səbirsizliklə gözləyirəm”, - komandanın mətbuat xidməti Norrisin sözlərini sitat gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 Yanvar 2026 07:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















