Icma.az
close
up
RU
“Qapalı dairə”dən çıxmağın vaxtı çatıb

“Qapalı dairə”dən çıxmağın vaxtı çatıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Düşmənçilikdən yorulmuş erməni cəmiyyətinin psixoloji reabilitasiyaya ehtiyacı var

Münaqişə cəmiyyətlərin yaddaşında, dəyərlərində, psixologiyasında iz qoyur. Ermənistan kimi uzun illər özünü “müharibə şəraitində olan millət” kimi identifikasiya edən bir ölkədə sülh əvvəlcə ictimai rəyə, sonra isə siyasi qərarvermə mexanizminə sirayət edir. Amerikanın Beynəlxalq Respublikaçı İnstitutu (IRI) tərəfindən iyun ayında keçirilən sorğunun nəticələri göstərdi ki, Ermənistan cəmiyyətində sülhə doğru meyil formalaşır və bu meyil, görünənin əksinə olaraq, həm kəmiyyət, həm də keyfiyyət baxımından ciddi nəzərə alınmalı bir tendensiyadır.

Sorğuda iştirak edən 1505 nəfər Ermənistan vətəndaşının cavabları onların ölkənin gələcəyi, siyasi liderlərə münasibəti və Azərbaycanla sülh məsələsinə baxışlarını üzə çıxardı. Ən mühüm məqamlardan biri ondan ibarətdir ki, Ermənistan cəmiyyətində sülh tərəfdarlarının az qala yarıdan çoxunu təşkil edən, lakin siyasi sistem tərəfindən yetərincə tanınmayan bir sosial baza mövcuddur. Bu zümrə, əsasən, yaşlı nəslin nümayəndələridir. Onlar münaqişənin real fəsadlarını bədənlərində və həyat tarixçələrində daşıyıblar. Müharibənin iqtisadi, sosial və mənəvi yüklərini görmüş bu nəslin 58 faizi Azərbaycanla sülh müqaviləsini dəstəklədiyini bəyan edib.

Sözügedən qrupun siyasi və psixoloji əhəmiyyəti ondadır ki, onlar yalnız sülhə deyil, həm də kompromisə meyillidirlər. Bu isə o deməkdir ki, onlar Ermənistanın real vəziyyətini anlayır, riskləri və nəticələri qiymətləndirməyi bacarırlar. Həmin nəsil 1990-cı illərin başlanğıcındakı müharibəni, iqtisadi blokadanı, sistemin çökməsini, aclığı, enerjisizlik dövrünü xatırlayır. Onların sülh çağırışına səsi bu səbəbdən instinktiv deyil, rasionaldır. Onlar emosional revanşist çağırışların hansı faciələrlə nəticələndiyini ya öz gözləri ilə görüblər, ya da bu yükü daşıyıblar. Ona görə də Paşinyanın danışıqlara əsaslanan siyasi kursunu dəstəkləməyə hazır olan ən real və dayanıqlı sosial dayaqlardan biri də elə budur.

Daha önəmlisi budur ki, bu sülhyönlü ictimai qrup Ermənistanın bütün coğrafi bölgələrində, fərqli sosial təbəqələrdə təmsil olunur. Onlar nə siyasi ritorikanın qurbanıdır, nə də keçmişin siyasi aktyorlarının manipulyasiyasına açıqdır. Məhz bu kütlə öz səssiz mövqeyi ilə Ermənistanın gələcəyi üçün rasionallığın hələ də itirilmədiyini göstərir. Məhz sülh istəyənlər – yaşlılar, praqmatiklər, regional sabitliyi və iqtisadi rifahı önə çəkənlər – Azərbaycanın təqdim etdiyi sülh müqaviləsinə ən rasional baxan qrupdur. Lakin bu zümrə təşkilatlanmayıb, təmsil olunmur və siyasi diskursda sanki mövcud deyil. Onların səsi nə küçə aksiyalarında eşidilir, nə də parlament kürsülərində əks olunur. Amma onlar var – və məhz onların varlığı Ermənistan cəmiyyətinin tamamilə itirilmədiyini, hələ də sülh üçün içdən gələn rasional bir ehtiyacın yaşadığını sübut edir.

Revanşizmin təhlükəli cazibəsi

Ermənistan cəmiyyətində sülhə rasional yanaşan bir təbəqənin mövcudluğu nə qədər aydın görünürsə, bu rasional mövqeyin qarşısında ideoloji qeyri-müəyyənlik içində sürüklənən digər zümrə də bir o qədər narahatedici konturlarla ortaya çıxır. Bu zümrə – gənclik – Ermənistanda həm sosial baxımdan dinamik, həm də siyasi baxımdan təmsil olunmamış kütlə olaraq mövcuddur. Onlar nə iqtidarın daşıyıcısıdır, nə də keçmiş avtoritar sistemin tərəfdarları. Amma məhz bu “əlaqəsizlik” onları ideoloji vakuumun içində qoyur və bəzən təhlükəli diskurslara açıq hala gətirir.

IRI sorğusunun nəticələrinə görə, 18–35 yaşlı respondentlərin yalnız 38 faizi Azərbaycanla sülh sazişini dəstəklədiyini bildirib. Göstəricilər yaşlı nəslə (58 faiz) nəzərən nəzərəçarpacaq dərəcədə azdır. Ən düşündürücü məqam isə bu yaş qrupunun 48 faizinin açıq şəkildə sülh müqaviləsinə qarşı olduğunu ifadə etməsidir. Statistika Ermənistanın gələcək siyasi və sosial kursuna təsir edəcək əsas faktorlardan birini ortaya qoyur: gənclik ya barışa inanmır, ya da onu təslimçilik kimi görür. Baxış tərzi təsadüfi deyil. Ermənistan cəmiyyətində illərdir formalaşan milli ideologiyanın mərkəzində “tarixi ədalətin bərpası” adlı siyasi instrumental xarakterli bir anlayış dayanır. Məktəbdən universitetə, mediyadan mədəniyyət institutlarına qədər bu fikir gəncliyə təlqin olunub: Ermənistan daim zərər çəkib, daim haqsızlığa məruz qalıb və bu haqsızlığın düzəlməsi yalnız “böyük dönüş”, yəni “haqqın alınması” ilə mümkündür. İdeoloji təməl üzərində qurulan kollektiv kimlik modeli Ermənistan gəncliyini regional reallıqlardan ayırıb mifoloji gözləntilərlə yükləyib. Elə bu səbəbdəndir ki, Azərbaycanla sülh – yəni geosiyasi kompromis – bu mifologiyada “təslim olma” kimi qavranılır.

Ermənistanın gəncliyi bu gün həm informasiya partlayışının, həm də siyasi təmsil çatışmazlığının içindədir. Onlar internet vasitəsilə dünyaya açılır, Qərb siyasi dəyərlərinə maraq göstərirlər, amma bu maraq tez-tez radikallaşmış emosional narazılıqla qarışır. Onların gözündə mövcud siyasi sistem – istər Paşinyan, istər Koçaryan – köhnə və qeyri-səmimi görünür. Amma bu sistemdən çıxış alternativi də yoxdur. Bütün bunlar isə onları ya apatiyaya, ya da populist, revanşist ritorikalara açıq hala gətirir. Səssiz narazılıq getdikcə potensial etiraz enerjisinə çevrilir və bu enerji hələlik heç bir sabit struktura kanalizasiya olunmayıb.

Burada Paşinyanın layihəsi ciddi bir paradoksla üz-üzə qalır. O, gəncliyi müasir Ermənistanın əsas dayağı kimi görür, amma bu gənclik artıq onun ən böyük problemlərindən birinə çevrilib. Çünki bu zümrə nə qərbyönlü dəyərlərə səmimi şəkildə bağlıdır, nə də milli ideologiyanın yeni reallıqlara uyğunlaşdırılmış versiyasını qəbul edir. Onlar arasında revanşist çağırışlara meyl edənlər də var, qərbyönlü, lakin radikal dəyişiklik istəyənlər də. Onların ortaq cəhəti – sistemdən narazılıq və siyasi alternativsizliyin doğurduğu frustrasiyadır. Gənclərin sülhə qarşı skeptik yanaşması və revanşizmə açıq olmaları fonunda Azərbaycanın qaldırdığı əsas tələblər – Ermənistan konstitusiyasının dəyişdirilməsi və ərazi iddialarından tam imtina - preventiv təhlükəsizlik tədbiri kimi dəyərləndirilə bilər. Yəni, Ermənistan daxilində potensial radikalizmin qarşısı hüquqi mexanizmlərlə alınmalıdır.

Siyasi alternativsizlik vakuumu

Ermənistan cəmiyyətindəki psixoloji dağınıqlığın və sülhə münasibətdə müşahidə olunan ikiləşmənin arxa planında daha fundamental bir böhran durur: legitimlik böhranı. IRI-nin iyun ayında keçirdiyi sorğunun nəticələrindən biri odur ki, respondentlərin 61 faizi heç bir siyasi liderə etimad etmədiyini bildirib. Sual yaranır: bir cəmiyyətin üçdə ikisinə yaxını özünü heç bir siyasi aktorla identifikasiya etmirsə, bu, necə idarə olunur və hansı istiqamətə yönələ bilər? Sorğu nəticəsi göstərir ki, Ermənistan siyasəti yalnız ideoloji parçalanma ilə deyil, eyni zamanda institusional boşluqla da üz-üzədir. Nə Paşinyanın reformist ritorikası, nə də müxalifət düşərgəsinin populist-millətçi çağırışları bu inamsızlıq divarını aşa bilib.

Boşluq isə sülh gündəmi üçün ən ciddi təhlükələrdən biridir. Çünki istənilən diplomatik razılaşmanın həyata keçirilməsi üçün onun arxasında daxili legitimlik dayanmalıdır. Hakimiyyətin verdiyi qərarlar ictimai şüurda mənəvi və hüquqi əsasla qəbul edilmirsə, bu qərarlar ya passiv müqavimətlə, ya da açıq etirazla qarşılanır. Ermənistan hökumətinin Azərbaycanla sülh prosesini irəli aparmaq cəhdləri də məhz bu səbəbdən siyasi baxımdan təhlükəli zonaya daxil olur: tərəfdaşlığa çalışdığı beynəlxalq aktorlar qarşısında öhdəlik götürən bir iqtidar, arxasında güvənilən ictimai dayaq olmadığı üçün sanki havada qalır.

Belə etimadsızlıq həm də müxalifətin siyasi kapitalını tükədir. Koçaryan və digər “keçmiş” fiqurların topladığı rəqəmlər ( 4 faiz, 2 faiz, 1 faiz) Ermənistan cəmiyyətinin keçmişdən əl çəkdiyini göstərir. Amma bu, gələcəyə inam anlamına da gəlmir. Bütün bu mənzərə kontekstində sülh gündəmi qeyri-sabit platformada qalır. O, nə daxili siyasi konsensusa əsaslanır, nə də ictimai legitimlik daşıyır. Məhz buna görə də Azərbaycan bu reallığı nəzərə alaraq, sülh sazişinin davamlılığı üçün institusional təminatlar tələb edir – xüsusilə də Ermənistan konstitusiyasında dəyişiklik və Azərbaycana qarşı ərazi iddialarının hüquqi baxımdan ləğvi. Çünki əgər Ermənistan cəmiyyətində bu dərəcədə etimadsızlıq hökm sürürsə, sabah sülhü pozacaq siyasi qüvvələrin yenidən səhnəyə çıxması ehtimalı realdır. Belə bir durumda yalnız beynəlxalq hüquqla sanksiyalaşdırılmış konstitusiya dəyişiklikləri gələcək pozuntuların qarşısını ala bilər.

Azərbaycan bu prosesi diqqətlə müşahidə edir. Rəsmi Bakı üçün bu inamsızlıq mühiti sülh prosesinə əlavə hüquqi təminatların zəruriliyini əsaslandırmaq üçün əla arqumentdir. Ermənistan cəmiyyətindəki siyasi alternativsizliyin dərinləşməsi fonunda, Azərbaycan mövcud reallıqları beynəlxalq ictimaiyyət qarşısında rasional izah edə və sülh prosesini hüquqi çərçivəyə salmaqla davamlılıq qura bilər.

Cəmiyyətin “qapalı dairədə” fırlanmasının ən dərin səbəbi Ermənistanın öz gələcəyinə dair təsəvvür böhranıdır. Bu ölkənin cəmiyyəti uzun illər “müharibə içində olan xalq” identifikasiyası ilə yaşayıb. İndi isə sülh ona yalnız məğlubiyyətin sinonimi kimi görünür. Belə bir şəraitdə Azərbaycan üçün yaranan məsələ sülhü davamlı və dayanıqlı şəkildə təmin etməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi, həm hüquqi, həm də psixoloji cəhətdən bu məqsədə xidmət edir. Tələb ərazi iddialarına son qoymaqla yanaşı, Ermənistan cəmiyyətində yeni bir siyasi və hüquqi reallığın formalaşmasına imkan yaradır.

Beləliklə, “qapalı dairədə” fırlanan bir cəmiyyətin reallıqları ilə üz-üzə qalan Azərbaycan sülhü strukturlaşdırır, sülhü hüquqla qorumağa çalışır, sülhü gələcəyin siyasi qeyri-müəyyənliyindən çıxarıb, sabitliyin təminatına çevirməyə çalışır. Azərbaycanın qarşısında duran vəzifə sabit regional arxitektura qurmaq və bu arxitekturanı təzyiqlərdən qorumaqdır. Sülh yalnız imzalanmamalıdır – o, həm də müdafiə olunmalıdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see266

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see265

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see256

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see253

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see241

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see233

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see227

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see217

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see216

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see212

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see206

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see197

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see195

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see187

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see186

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see180

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see179

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see171

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see171

ABŞ nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

06 Sentyabr 2026 08:52see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri