Norveçə məxsus F 35 lər Polşanın hava məkanını qoruyacaq
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Norveç Silahlı Qüvvələrinə məxsus "F-35" qırıcıları Polşanın hava məkanını qorumaq üçün bu ölkəyə gəlib.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Polşa Ordusunun Baş Qərargahı yayıb.
Baş qərargahın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilmiş məlumatda deyilir:
"Norveçin "F-35" qırıcıları Poznandakı 31-ci taktiki aviasiya bazasına enib. Onlar Polşa və Niderland heyətləri ilə birlikdə Polşa səmasının keşiyini çəkəcəklər".
Polşa Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Norveç Polşaya iki qırıcı göndərib, ayın axırına qədər daha bir neçə belə təyyarənin göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, Norveç tərəfindən verilmiş dörd "F-35" qırıcısı hələ yanvar ayında Polşanın Ukrayna ilə sərhəddə yerləşən Jeşuva aeroportunda döyüş növbəsinə başlayıb. Kiyevə hərbi və humanitar təchizatın təqribən 90 faizi məhz bu aeroportdakı logistika habından keçir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 06 Oktyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















