Notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin həcmi 4 dəfədən çox azalıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ilin mart ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 48.2 mln. manat təşkil edib ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 4.3 dəfə azdır.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, 2025-ci ilin I rübü ərzində açıq bazar əməliyyatları qismində sterilizasiya məqsədilə 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə hərraclar davam etdirilib. Ümumilikdə, dövr ərzində Mərkəzi Bankın təşkil etdiyi müxtəlif müddətli not hərraclarının 18-i baş tutmuşdur. Baş tutan hərraclardan 5-i 28 günlük, 4-ü 84 günlük, 5-i 168 günlük, 4-ü isə 252 günlük notlar üzrə olub.
Xatırladaq ki, sterilizasiya — Mərkəzi Bankın pul kütləsinə (pul təklifi) nəzarət etmək məqsədilə həyata keçirdiyi əməliyyatları ifadə edir. Konkret olaraq, bu, iqtisadiyyatda artıq olan likvidliyin (yəni dövriyyədə olan pulun) Mərkəzi Bank tərəfindən geri çəkilməsi, başqa sözlə, azaldılması deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















