Notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin həcmi 3 dəfəyə yaxın artıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ilin iyun ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 599.3 mln. manat təşkil edib ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 2.9 dəfə çoxdur.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı"nda bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin 6 ayı ərzində açıq bazar əməliyyatları qismində sterilizasiya məqsədilə 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə hərraclar davam etdirilib. Ümumilikdə, dövr ərzində Mərkəzi Bankın təşkil etdiyi müxtəlif müddətli not hərraclarının 66-sı baş tutmuşdur. Baş tutan hərraclardan 17-i 28 günlük, 16-ı 84 günlük, 17-i 168 günlük, 16-ı isə 252 günlük notlar üzrə olub.
Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 7.24%, 84 günlük notlar üzrə 7.54%, 168 günlük notlar üzrə 7.5%, 252 günlük notlar üzrə isə 7.56% olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 13 Avqust 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















