Novak: Avropada qaz ehtiyatları ilə bağlı vəziyyət gərgindir AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 25 dekabr, AZƏRTAC
Rusiyadan tədarükün dayandırılacağı təqdirdə Avropada qaz ehtiyatları ilə bağlı vəziyyət daha da gərginləşəcək.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novak “Rossiya 24” telekanalının efirində deyib. Onun sözlərinə görə, hazırda Avropa anbarlarında qaz ehtiyatlarının səviyyəsi son beş ilin orta göstəricisindən 3-5 faiz aşağıdır.
Sentyabrın sonundan dekabr ayının ortalarınadək Avropanın yeraltı anbarlarında qazın həcmində 19 faizlik azalma qeydə alınıb. Eyni dövr ərzində anbarlardan qaz götürülməsinin sürəti də son üç ilin ən yüksək səviyyəsinə çatıb. Ekspertlər bu dinamikanın səbəblərini maye qaz idxalının azalmasını kompensasiya etmək və daxili bazarda artan tələbatı ödəmək zərurəti ilə izah ediblər.
Oktyabr ayında avropalılar Rusiyadan 2023-cü ilin noyabrından bəri ən yüksək həcmdə - 701,5 milyon avroluq maye qaz alıblar. Beləliklə, Avropa İttifaqı ölkələrinə maye qaz tədarükündə 21,2 faizlik payla ABŞ-ı qabaqlayan Rusiya bu göstəricidə yalnız Əlcəzairdən geri qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















