Novak: Dünyada neft, qaz və elektrik enerjisinə tələbat daha da artır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qlobal gündəlik neft tələbatının 2025-ci ildə 104,6 milyon barelə çatacağı gözlənilir.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Biz həmçinin neftə olan tələbatın (gündəlik – red.) artdığını müşahidə edirik. Keçən il bu təxminən 1,3 milyon barel təşkil edib. 2025-ci ildə isə gündəlik tələbatın 104,6 milyon barelə çatacağı gözlənilir”, - Aleksandr Novak qeyd edib.
Bundan əlavə, baş nazirin müavini vuröulayıb ki, dünya üzrə elektrik enerjisinə tələbat da sürətlə artır.
“Keçən ilin yekunlarına görə, ümumi tələbatın artımı 4,3% təşkil edib. Bu, dünya iqtisadiyyatının orta artım tempi olan 3,2%-dən yüksəkdir. Dünyada enerji istehlakı daha çox enerji tələb edən hesablama texnologiyaları, nəqliyyat, elektrikləşdirmə, robotizasiya və süni intellektin tətbiqi hesabına artmağa davam edəcək”, - deyə Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, ən yüksək artım tempi qaz istehlakında müşahidə olunur. Bu, Asiya-Sakit Okean regionunun əsas sürətləndirici faktor olması və bu regionun ölkələrində iqtisadiyyatın daha yüksək tempdə inkişaf etməsi ilə bağlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 25 Noyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















