Dünyada elektrik enerjisinə tələbat 2035 ci ilə qədər daha sürətlə artacaq PROQNOZ
Icma.az, Apa.az saytına istinadən bildirir.
Dünyada elektrik enerjisinə tələbatın 2035-ci ilə qədər daha sürətlə artacağı və həmin dövrdə ümumi enerji istehlakının təxminən 30%-nin elektrik enerjisinin payına düşəcəyi gözlənilir.
"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA - IEA) “World Energy Outlook 2026” hesabatında bildirilib.
Hesabata əsasən, 2019-cu ildən etibarən qlobal elektrik enerjisinə tələbat dünya iqtisadiyyatının artım tempini üstələyib, ümumi enerji tələbatından isə iki dəfə sürətlə artıb. Bu tendensiya sənayedə elektrik mühərriklərindən, məişət cihazlarından, kondisionerlərdən, elektrik avtomobillərindən, istilik nasoslarından və məlumat mərkəzlərindən istifadənin genişlənməsi ilə əlaqədardır.
BEA-nın qiymətləndirməsinə görə, 2035-ci ilə qədər elektrik enerjisinə tələbatın artım tempi daha da yüksələcək. Agentliyin araşdırdığı bütün ssenarilərdə həmin dövrdə dünyada istehlak olunan enerjinin təxminən 30%-nin elektrik enerjisinin payına düşəcəyi gözlənilir.
Hesabatda vurğulanır ki, Orta Şərqdəki böhran və yanacaq qiymətlərindəki dəyişkənlik ölkələrin elektrikləşməyə marağını daha da artırır. Böhrandan təsirlənən bəzi ölkələrdə elektrik texnologiyalarının satışında kəskin artım qeydə alınıb. Bununla yanaşı, günəş panelləri və batareyaların ticarəti genişlənib, elektrik avtomobillərinin satışında da artım müşahidə olunub.
BEA hesab edir ki, daxili enerji resurslarından istifadənin genişləndirilməsi istiqamətində atılan addımlardan ən çox bərpa olunan enerji mənbələri, xüsusilə günəş fotovoltaik enerjisi, eləcə də atom energetikası faydalanacaq. Hesabatda nəzərdən keçirilən bütün ssenarilərdə bu enerji mənbələri üzrə əhəmiyyətli artım proqnozlaşdırılır.
Bununla yanaşı, bəzi ölkələrdə enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar daxili qalıq yanacaq resurslarından, xüsusilə Asiya ölkələrində kömürdən daha uzun müddət istifadəni təşviq edə bilər.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə elektrik enerjisinə və təmiz bişirmə texnologiyalarına çıxışın genişləndirilməsi sahəsində irəliləyiş sürətlənib. Lakin 2026-cı ildə yanacaq qiymətlərinin yüksəlməsi və təchizat çatışmazlığı bu prosesin gələcək tempini zəiflədə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 19 Noyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















